A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi GUAM Parlament Assambleyasının növbəti plenar sessiyasında iştirak edəcəkdir. - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:31:10 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi GUAM Parlament Assambleyasının növbəti plenar sessiyasında iştirak edəcəkdir.

19.12.2012 10:15
TÜRKPA Baş Katibi cənab Ramil Həsənov 19-20 dekabr 2012-ci il tarixlərində, GUAM Parlament Assambleyasının Bakıda keçiriləcək növbəti 5-ci plenar sessiyasında iştirak edəcəkdir.

Tədbirdə Azərbaycan, Gürcüstan və Moldova parlament nümayəndə heyətləri ilə yanaşı Baltik Assambleyası, Benilüks Parlamenti, Şimal Şurası, Vişeqrad ölkələrinin parlamentarları və digər beynəlxalq parlament qruplarının nümayəndələrinin iştirakı gözlənilir.

Sessiyanın gündəliyinə Avropa ilə inteqrasiya və Şərq Tərəfdaşlığı Proqramı, təhlükəsizlik məsələləri və bu sahədə beynəlxalq parlament təşkilatlarının rolu, həmçinin digər aktual məsələlər daxil ediləcəkdir.

Plenar sessiya çərçivəsində, TÜRKPA Baş Katibi cənab Ramil Həsənov “Regionlararası əməkdaşlığın inkişaf etdirilməsində regional və beynəlxalq parlament təşkilatlarının rolu” mövzusunda çıxış edəcəkdir. Baş katib çıxışında qısa olaraq təşkilatın tarixi, strukturu və fəaliyyəti barədə məlumat verəcək, eyni zamanda fəaliyyətdə olduğu qısa müddət ərzində TÜRKPA-nın regiondakı digər dövlətlər, milli parlamentlər və beynəlxalq təşkilatlarla qurduğu əlaqələrdən və əməkdaşlıqdan bəhs edəcəkdir.