A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Hüquq Komissiyasının 2-ci iclası keçiriləcəkdir. - Turk-PA.org
Saturday, 08 August 2020, 00:46:47 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Hüquq Komissiyasının 2-ci iclası keçiriləcəkdir.

02.11.2012 17:22
4-7 noyabr 2012-ci il tarixləri arasında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçiriləcəkdir. Toplantıda “TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri” və “TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq” mövzusu ilə bağlı hesabat və tövsiyə qərarları müzakirəyə çıxarılacaqdır.


Komissiyanın işində Türkiyə Parlamentinin millət vəkili, komissiyanın sədri cənab Halük İpekin başçılığı altında Azərbaycan, Qazaxıstandan, Qırğızıstandan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak edəcəklər. Komissiyanın işində həmçinin TÜRKPA Baş katibi cənab Ramil Həsənov iştirak edəcək və komissiya üzvlərinə TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyəti haqqında məlumat verəcəkdir. Komissiya üzvləri eyni zamanda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin Birinci müavini cənab Ziyafət Əsgərovla görüşəcəklər.

Tövsiyə qərarları qəbul ediləcəyi təqdirdə, TÜRKPA-nın 2013 ildə Türkiyədə keçiriləcək IV plenar sessiyasında təqdim ediləcək və orada da təstiq ediləcəyi təqdirdə, üzv ölkələrin parlamentlərinə bu istiqamətdə yeni qanun layihələri hazırlamaq məqsədi ilə göndəriləcəkdir.