A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi IPU Sessiyasında “Multilateralizm və Parlament Diplomatiyası” mövzusunda çıxış etmişdir. - Turk-PA.org
Saturday, 08 August 2020, 01:06:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi IPU Sessiyasında “Multilateralizm və Parlament Diplomatiyası” mövzusunda çıxış etmişdir.

24.10.2012 13:28
TURKPA Baş Katibi cənab Ramil Həsənov 22 oktyabr 2012-ci il tarixində Kanadanın Kvebek şəhərində keçirilən Beynəlxal Parlamentlər İttifaqının (IPU) 127-ci plenar sessiyası çərçivəsində “Multilateralizm və Parlament Diplomatiyası” mövzusunda çıxış etmişdir.
Cənab Həsənov ilk öncə iştirakçıları TÜRKPA-nın məqsədləri, vəzifələri və son fəaliyyəti haqqında qisa şəkildə məlumatlandırmışdır. Sonra Baş katib Türkdilli ölkələr arasında əlaqələrin inkişafında TÜRKPA-nın rolundan bəhs etmişdir. Eyni zamanda TÜRKPA-nın digər milli parlamentlərlə əlaqələri, beynəlxalq təşkilatlarla əməkdaşlığı və qlobal səviyyədə dialoq üçün ümumi parlamentlərarası pıatformanın gücləndirilməsinin önəmindən bəhs edilmişdir.
Qeyd edilmişdir ki, TÜRKPA yalnız parlamentlərarası institutlarla deyil, eyni zamanda hökumətlərarası institutlarla da əlaqələri inkişaf etdirir. Baş Katib parlament və ənənəvi diplomatiya arasındakı qarşılıqlı əlaqədən danışmış və qeyd etmişdir ki, ənənəvi diplomatiyanı tamamlayan parlament diplomatiyası siyasi dialoqun inkişaf etdirilməsinə və müxtəlif səviyyələrdə fikir mübadiləsinə yardım edir.
Sonda cənab Həsənov Assambleyanın BMT və onun Nizamnaməsinin prinsip və dəyərlərinə və digər hamılıqla qəbul olunan prinsiplərə və beynəlxalq hüquq normalarına sadiq olduğunu vurğulamış və TÜRKPA-nın aparıcı beynəlxalq təşkilatlar tərəfindən izlənilən ümumi məqsədləri paylaşan regional forum olduğunu bildirmişdir.