A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Gələcəyin Liderlərini İstanbulda toplayır - Turk-PA.org
Monday, 12 April 2021, 04:28:38 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Gələcəyin Liderlərini İstanbulda toplayır

11.10.2012 11:14
TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən 14-16 oktyabr 2012-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərində “Dövlətlərarası Əməkdaşlığın İnkişafi Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forum keçiriləcəkdir.

Konfrans Türkdilli Ölkələrin Parlament Assambleyasının Beynəlxalq Əlaqələr Komissiyasının 3 noyabr 2011-ci il tarixində keçirilən birinci iclasında qəbul olunan qərara əsasən həyata keçiriləcək.

Konfransın keçirilməsində məqsəd şəxsi münasibətlər və diyaloqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderləri bir araya toplamaq, fərqli mədəniyyət, dil və ənənələrə sahib olan region ölkələri arasında əməkdaşlığı inkişaf etdirmək, ortaq gələcəyi birlikdə qurmaq, tarixi, mədəni, coğrafi dəyərləri həmrəylik içində irəliyə götürmək və bu məqsədlə gənclərin rolunu ortaya qoymaqdır.

”Günümüzün Regiondakı Gənc Liderləri Gələcəyin Liderləridir” şüarı ilə təşkil olunacaq Forum TÜRKPA-nın qardaş xalqlar arasında əlaqə və əməkdaşlığı inkişaf etdirməsi istiqamətində atmış olduğu böyük addımlardan biri olacaqdır.

Forumun keçirilməsinə Türkiyə Böyük Millət Məclisi, Türkiyə hökuməti adına Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Gənclər Fondu, Türk Dünyası Bələdiyyələr Birliyi və Xəzər Strateji İnstitutu dəstək verməktədir.

Forumda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Avropa parlamentinin millətvəkilləri, Rusiya, Moldova, Gürcüstan, Ukrayna, Serbiya, Monteneqro, Makedoniya, Latviya, Litva, Xorvatiya, Macarıstan, Rumıniya, Bosniya və Hersoqovina, Misir, Pakistan, İraq və Mərakeş daxil olmaqla 25 ölkədən millət vəkilləri, diplomatlar, bürokratlar, beynəlxalq və Qeyri Hökumət Təşkilatları təmsilçiləri iştirak edəcəkdir. Forumun açılış mərasimində Türkiyə Respuplikası Parlamentinin birinci vitse-spikeri cənab Mehmet Sağlam, Türkiyə Respuplikası Gənclər və İdman naziri cənab Suat Kılıç, Azərbaycan Respublikası Gənclər və İdman naziri cənab Azad Rəhimov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri cənab Elnur Aslanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri cənab Elşad İskəndərov, Qırğızıstan Respublikası Parlamentinin vitse-spikeri cənab Torobay Zulpukarov və digər yüksək səviyyəli hökumət nümayəndələrinin iştirakı və çıxışı planlaşdırılır.

Beynəlxalq Forumun sonunda gənc liderlər tərəfindən ənənəvi və parlament diplomatiyasının ortaq fəaliyyəti ilə regionda sülhün və sabitliyin təmin edilməsi, münaqişələrin dinc yolla həlli, regionun bir dostluq və qardaşlıq evi olmasının səsləndirilməsi və bu məqsədilə ortaq müraciətin qəbul olunması nəzərdə tutulur.