A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Qırğızıstandan gələn bir grup gənclər təşkilatları nümayəndələrini qəbul etmişdir. - Turk-PA.org
Monday, 12 April 2021, 04:50:46 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi Qırğızıstandan gələn bir grup gənclər təşkilatları nümayəndələrini qəbul etmişdir.

04.10.2012 11:02
3 oktyabr 2012-ci il tarixində TÜRKPA Baş Katibi cənab Ramil Həsənov Milli Məclisdə Azərbaycan və Qırğızıstan Respublikaları arasında hökumətlərarası müqaviləyə əsasən mübadilə proqramı çərçivəsində Azərbaycana səfərə gəlmiş Qırğızıstanın ən aktiv gənclər təşkilatları nümayəndələri, millət vəkilləri və bələdiyyə başçılarını qəbul etmişdir.


Qonaqları salamlayan TÜRKPA Baş Katibi Assambleyanın tarixi, beynəlxalq parlament diplomatiyası sahəsində göstərdiyi fəaliyyəti, beynəlxalq təşkilatlar olan ATƏT, Avropa Parlamenti, Beynəlxalq Parlamentlər Birliyi, həmçinin parlamentlərarası institutlarla qarşılıqlı fəaliyyət sahəsində həyata keçirdiyi işləri, parlament diplomatiyası vasitəsilə dövlətlər arasında siyasi, iqtisadi, mədəni dialoqun inkişafı və gücləndirilməsi istiqamətində atılan addımlar barəsində geniş məlumat vermişdir.
Həmçinin, Baş Katib TÜRKPA ilə Qırğızıstan arasında münasibətlərin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğulamışdır.
Cənab Həsənov TÜRKPA-nın gənclərlə bağlı hayata keçirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat vermişdir. Eyni zamanda Baş Katib TÜRKPA Beynəlxalq Katibliyi tərəfindən oktyabr ayının ortalarında Türkiyə Respublikasının İstanbul şəhərində keçiriləcək “Dövlətlərarası Əməkdaşlığın İnkişafı Prosesində Gənc Liderlərin Rolu” mövzusunda Beynəlxalq Forumla bağlı gəncləri məlumatlandırmışdır. Forumun məhs gənclərə istiqamətlənmiş olduğunu və burada əsas məqsədin sülh və stabilliyin əldə olunmasında yeganə vasitə kimi, şəxsi münasibətlər və dialoqun yaradılması məqsədilə müxtəlif ölkələrdən olan gənc liderlərin bir araya toplanması olduğunu bildirmişdir.
Səmimi qəbula görə təşəkkür edən qonaqlar TÜRKPA-nın ölkələr arasında əlaqələrin genişləndirilməsinə, siyasi, mədəni, elm və təhsil sahələrində münasibətlərin inkişafına tövhə verdiyini bildirmiş və Assambleyanın bundan sonrakı fəaliyyətində Qırğızıstanlı gənclərin yaxından iştirak etmək niyyətlərini ifadə etmişlər.
Görüşün sonunda TÜRKPA Baş Katibi qonaqları maraqlandıran çoxsaylı sualları cavablandırmışdır.