ATƏT Baş Katibi Səfir cənab Lamberto Zannier ilə TÜRKPA Baş Katibi arasında görüş keçirilmişdir.
20.09.2012 17:56
20 sentyabr 2012-ci il tarixində ATƏT-in Vyana Ofisində ATƏT Baş Katibi Səfir cənab Lamberto Zannier ilə TÜRKPA Baş Katibi cənab Ramil Həsənov arasında ikitərəfli görüş keçirilmişdir.
ATƏT-in Daimi Şurasında iştirakı və çıxışına görə TÜRKPA Baş Katibinə təşəkkür edən cənab Lamberto Zannier iki təşkilat arasındakı əməkdaşlığın gücləndirilməsi və inkişafından məmnun olduğunu dilə gətirmişdir. Həmçinin cənab Lamberto Zannier Mərkəzi Asiya regionu, Əfqanıstan və digər region ölkələri ilə əlaqələrin sıxlaşdırılmasında, Əfqanıstanda sabitliyin və sülhün bərpa olunmasında, mövcud münaqişələrin sülh yolu ilə həll olunması istiqamətində TÜRKPA-nın mükəmməl platforma olacağını vurğulamışdır.
TÜRKPA Baş Katibi səmimi qəbula görə ATƏT Baş Katibinə xüsusi təşəkkürünü bildirmiş, parlament diplomatiyasının qlobal dialoqun tərkib hissəsi kimi bütün konfliktlərin, münaqişələrin həll oluna bilməsində effektiv bir platforma olaraq istifadə edilə biləcəyini vurğulamışdır.
O cümlədən cənab Ramil Həsənov Əfqanıstanda sülhün bərqərar olunması, münaqişələrin danışıqlar yolu ilə həll olunması istiqamətində TÜRKPA üzv ölkələrinin səylərini davam etdirdiyini və bu istiqamətdə TÜRKPA-nın ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatla əməkdaşlığa hər zaman hazır olduğunu vurğulamışdır.
Görüşün sonunda TÜRKPA Baş Katibi tərəfindən ATƏT Baş Katibinə xüsusi xatirə hədiyyəsi təqdim edilmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
11
Apr
"Qırğız Respublikasının Konstitusiyası üzrə" referendumun müşahidəsi - 11 aprel 2021-ci il, Qırğız Respublikası
15
Apr
Elektron ticarət haqqında model qanun layihəsinin müzakirəsi üzrə seminar - 15 aprel 2021-ci il, videokonfrans
15
Apr
"COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər: terrorizm və zorakı ekstremizm" mövzusunda beynəlxalq konfrans - 15 aprel 2021-ci il, videokonfrans