A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi ATƏT-in Daimi Şurasında xüsusi qonaq olaraq çıxış edəcəkdir - Turk-PA.org
Monday, 12 April 2021, 04:24:36 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi ATƏT-in Daimi Şurasında xüsusi qonaq olaraq çıxış edəcəkdir

20.09.2012 11:49
TÜRKPA Baş Katibi cənab Ramil Həsənov 20 sentyabr 2012-ci tarixində ATƏT-in Daimi Şurasının sədri və İrlandiyanın ATƏT yanında daimi təmsilçisi Səfir İon O. Lerinin dəvəti əsasında ATƏT-in Daimi Şurasında xüsusi qonaq olaraq çıxış edəcəkdir.

TÜRKPA Baş Katibi 56 ölkənin ATƏT yanında akreditə olunmuş səfirlərinin və ATƏT-in Baş Katibinin iştirak edəcəyi Daimi Şuranın toplantısında TÜRKPA-nın yaranması, fəaliyyəti, strukturu, beynəlxalq parlamentlərarası əməkdaşlıq çərçivəsində atdığı addımlar, bugünə qədər qəbul etmiş olduğu deklarasiyalar, Türkdilli dövlətlər və digər region ölkələri arasında əlaqələrin hər sahədə gücləndirilməsi istiqamətində oynadığı və oynayacağı rol barədə fikirlərini çatdıracaqdır.
TÜRKPA və ATƏT əməkdaşlığı, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq və bunun parlament diplomatiyasının imkanlarından istifadə etməklə regionda sülhün, stabilliyin və sabitliyin möhkəmləndirilməsi istiqamətində oynaya biləcəyi mühüm rol barədə fikirlər TÜRKPA Baş Katibi tərəfindən iştirakçıların diqqətinə çatdırılacaqdır.
Regiondakı mövcud münaqişələrin həlli istiqamətində parlament diplomatiyası və ənənəvi diplomatiyanın beynəlxalq təşkilatlar vasitəsilə ortaq hərəkət planının qlobal dünyada ancaq müsbət nəticələr verə biləcəyi də TÜRKPA Baş Katibi tərəfindən xüsusi vurğulanması planlaşdırılır.
Daha sonra TÜRKPA Baş Katibi Daimi Şuranın üzvlərini maraqlandıran suallara cavab verəcəkdir.
Səfər çərçivəsində TÜRKPA Baş Katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib cənab Anar Rəhimov müşayiət edəcəkdir.