A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi Beynəlxalq Sülh İnstitutunun Vyana Ofisində görüş keçirəcəkdir. - Turk-PA.org
Monday, 12 April 2021, 03:46:12 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi Beynəlxalq Sülh İnstitutunun Vyana Ofisində görüş keçirəcəkdir.

18.09.2012 12:25
19 sentyabr 2012-ci il tarixində TÜRKPA Baş Katibi cənab Ramil Həsənov Beynəlxalq Sülh İnstitunun dəvəti ilə Avstriyanın paytaxtı Vyana şəhərində görüşdə iştirak edəcəkdir.


Bir çox ölkələrin BMT-nin Vyana Ofisi yanında akreditə olunmuş səfirləri, analitikləri, politoloqları, Avstriya Xarici İşlər Nazirliyinin yüksək rütbəli nümayəndələri və Avstriya mediyasının iştirak edəcəyi görüşdə cənab Ramil Həsənov TÜRKPA-nın fəaliyyəti, məqsədləri, gələcək planları, Avrasiya regionuna inteqrasiya prosesində oynaya biləcəyi mümkün rolu, parlament diplomatiyası vasitəsilə regionda sülhün və stabilliyin əldə olunması istiqamətində atılan addımlar barədə brifinq verəcəkdir.

Həmçinin TÜRKPA-nın müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən Beynəlxalq Sülh İnstitutu ilə, eyni zamanda ATƏT və ATƏT PA kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığın gücləndirilməsi və bu istiqamətdə atılan addımlar barədə TÜRKPA Baş Katibi tərəfindən yüksək səviyyəli iştirakçılara məlumat veriləcəkdir.

Daha sonra TÜRKPA Baş Katibi görüş iştirakçılarını maraqlandıran çoxsaylı sualları cavablandıracaqdır.

Səfər çərçivəsində TÜRKPA Baş Katibini beynəlxalq əməkdaşlıq və protokol üzrə katib cənab Anar Rəhimov müşayiət edəcəkdir.