A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibi cənab Ramil Həsənov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (AQFETM) Xarici İşlər Nazirlərinin IV görüşündə iştirak edəcəkdir. - Turk-PA.org
Monday, 12 April 2021, 04:07:27 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibi cənab Ramil Həsənov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (AQFETM) Xarici İşlər Nazirlərinin IV görüşündə iştirak edəcəkdir.

10.09.2012 10:51
TÜRKPA Baş Katibi cənab Ramil Həsənovun başçılıq etdiyi nümayəndə heyəti 12 sentyabr 2012-ci tarixində Astanada keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Üzrə Müşavirənin (AQFETM) Yubiley İclası və Xarici İşlər Nazirlərinin IV görüşündə ilk dəfə olaraq müşahidəçi qismində iştirak edəcəkdir.

Səfər zamanı, TÜRKPA Baş Katibinin Qazaxıstan Respublikasının Xarici İşlər naziri cənab Yerjan Kazıkhanovla görüşü nəzərdə tutulmuşdur. Eyni zamanda Baş Katib Xarici İşlər Nazirlərinin IV görüşündə TÜRKPA-nın fəaliyyəti, görülmüş işlər və gələcək layihələr barədə çıxış edəcəkdir.

Səfərdə TÜRKPA Baş Katibini, Baş Katibin müavini cənab Mels Semgaliyev və Beynəlxalq Əlaqələr Komissiyasının katibi Emin Həsənov müşayiət edəcəklər.