TÜRKPA nüfuzlu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (CICA) müşahidəçi statusu ilə üzv qəbul olunmuşdur.
13.08.2012 13:49
TÜRKPA-nın dünyanın nüfuzlu təşkilatlarından biri olan CICA-ya müşahidəçi statusu ilə üzv qəbul olunması ilə bağlı müraciətinə baxılmış və 24 üzv ölkənin təmsil olunduğu təşkilatda TÜRKPA-nın müraciəti müsbət qəbul edilmişdir.
CICA-nın yaradılması haqqında ilk təşəbbüs 5 oktyabr 1992-ci il tarixində, BMT Baş Assambleyasının 47-ci Sessiyasında Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev tərəfindən irəli sürülmüşdür. Təşəbbüsün arxasında duran əsas məqsəd kimi Asiyada sülhün və təhlükəsizliyin təmini üçün effektiv və məqbul bir strukturun yaradılması istəyi olmuşdur.
CICA-nın təsisi edilməsi haqqında iki əsas sənəddən biri olan CICA Üzv Dövlətləri Arasında Münasibətlərin Əsas Prinsipləri haqqında Bəyannamə 14 oktyabr 1999-cu il tarixində Almatıda keçirilən Xarici İşlər Nazirlərinin İlk Görüşündə qəbul edilmişdir. İkinci sənəd olan CICA-nın Nizamnaməsi - Almatı Aktı isə 4 iyun 2002-ci il tarixində Almatıda keçirilən İlk Zirvə Görüşündə qəbul edilmişdir.
CICA Asiyada sülh, təhlükəsizlik və stabilliyin təmin edilməsi sahəsində əməkdaşlığın gücləndirilməsi istiqamətində fəaliyyət gostərən çoxmillətli Forumdur. Forum Asiyada və dünyada sülh, təhlükəsizlik və stabillik arasında yaxın əlaqələrin olduğunu qəbul edir.
Hal-hazırda CICA-nın Asiya əhalisi və ərazisinin təxminən 90 faizini əhatə edən 24 üzv ölkəsi var. 8 ölkə və BMT, ATƏT və Ərəb Ölkələri Liqası kimi çoxmillətli təşkilatlar CICA-da müşahidəçi statusuna sahibdirlər. TÜRKPA maşahidəçi statusu alan sayca dördüncü təşkilat olacaqdır.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
11
Apr
"Qırğız Respublikasının Konstitusiyası üzrə" referendumun müşahidəsi - 11 aprel 2021-ci il, Qırğız Respublikası
15
Apr
Elektron ticarət haqqında model qanun layihəsinin müzakirəsi üzrə seminar - 15 aprel 2021-ci il, videokonfrans
15
Apr
"COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər: terrorizm və zorakı ekstremizm" mövzusunda beynəlxalq konfrans - 15 aprel 2021-ci il, videokonfrans