A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Katibliyi 2012-ci ilin 6 ayının yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir. - Turk-PA.org
Saturday, 08 August 2020, 01:36:29 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Katibliyi 2012-ci ilin 6 ayının yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.

22.06.2012 19:10
Konfransda çıxış edən TürkPA-nın baş katibi cənab Ramil Həsənov beynəlxalq əməkdaşlıq çərçivəsində Katibliyin iştirakı ilə bir çox nailiyyətlər əldə edildiyini diqqətə çatdırmışdır.

Baş katib qeyd etmişdir ki, TürkPA Azərbaycan Respublikasında yerləşən diplomatik missiya olaraq son 6 ay ərzində aktiv fəaliyyət göstərmiş, beynəlxalq əməkdaşlıq çərçivəsində Katibliyin iştirakı ilə bir çox nailiyyətlərə imza atmış, bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdir. Bildirilmişdir ki, ilk dəfə TürkPA Katibliyi səyləri ilə ATƏT PA-nın 2012-ci ildə keçirilən qış sessiyasında bu quruma üzv ölkələrinin nümayəndə heyətləri bir araya gəlmiş və ATƏT PA çərçivəsində ortaq fəaliyyət üçün ilkin istək ifadə edilmişdir.
Həmçinin TürkPA baş katibi ATƏT-in baş katibi Lamberto Zannieri ilə, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi səfir İyon O Liri və Avropa Parlamentinin xüsusi nümayəndəsi Dik Tornstra ilə ikitərəfli görüşlər keçirdiyini də demişdir. Görüşlərin hər birinin Assambleyanın fəaliyyətlərinin, vəzifələrinin və hədəflərinin beynəlxalq ictimaiyyətə tanıtdırılması məqsədi daşıdığı bildirilmişdir.
Cənab Həsənov TürkPA və Türk Dövlətlərin Əməkdaşlıq Şurası arasında uğurlu işbirliyinin yarandığını və inkişaf etdiyini demişdir.
Qeyd edilmişdir ki, TürkPA-nın seçkilər üzrə Beynəlxalq Müşahidəçilər Missiyası bu ilin yanvar ayında Qazaxıstan Parlamenti Məclisinə keçirilmiş növbədənkənar seçkiləri müşahidə etmişdir.
Bu ilin iyununda Qırğızıstanın Bişkek şəhərində TürkPA-nın Assambleya Şurasının III iclası və üç plenar sessiyası uğurla başa çatmışdır. Təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçmiş, dörd daimi komissiyanın sədr müavinləri və katibləri seçilmiş, komissiyaların tövsiyə qərarları təsdiq edilmiş və üzv ölkələrin parlamentlərinin milli qanunvericiliyinə uyğunlaşdırılması məqsədi ilə onlara göndərilmişdir. Bundan başqa, TürkPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş seçkilərə dair hesabatı qəbul edilmiş, Katibliyin 2013-cü ilin büdcəsi təsdiq edilmiş, plenar sessiyanın yekun sənədi olan Bişkek Bəyannaməsi qəbul edilmişdir.
TürkPA-nın baş katibi bildirmişdir ki, 6 ay ərzində təşkilatın hüquqi sənədləri 5 dilə çevrilmiş və kitabça şəklində çap edilmişdir. TürkPA-nın hüquq komissiyasının tövsiyə qərarına əsasən üzv dövlətlərinin konstitusiyaları, həmçinin Özbəkistan və Türkmənistan konstitusiyaları təşkilatın rəsmi dillərinə tərcümə olunmuş və çap edilmişdir.
Cənab Həsənov onu da diqqətə çatdırmışdır ki, TürkPA-nın yaxın perspektivlərində daimi komissiyalarının növbəti toplantılarının, beynəlxalq konfransların təşkil edilməsi, regional və qonşu dövlətlərin parlamentləri ilə əlaqələrin inkişafına dair tədbirlərin və türkdilli ölkələrin arasında münasibətlərin intensivləşməsinə yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
Bundan əlavə, Beynəlxalq Əlaqələr Komissiyasının tövsiyə qərarına əsasən, yaxın gələcəkdə “Ölkələrarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərinin rolu” və “TürkPA: parlamentlərarası əməkdaşlığın yeni mərhələsi” mövzularında beynəlxalq konfransların təşkil edilməsi fəaliyyət planımızda nəzərdə tutulur.
Sonda TürkPA-nın baş katibi jurnalistlərin suallarını cavablandırmışdır.