A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Beynəlxalq Katibliyinin 2012-ci ilin 6 ayının yekunlarına dair PRESS RELİZİ - Turk-PA.org
Monday, 03 August 2020, 13:39:36 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Beynəlxalq Katibliyinin 2012-ci ilin 6 ayının yekunlarına dair PRESS RELİZİ

21.06.2012 15:42

TÜRKPA Beynəlxalq Katibliyi Assambleyanın işçi orqanı, həmçinin daimi əsasda Azərbaycan Respublikasında yerləşən diplomatik missiya olaraq son 6 ay ərzində aktiv fəaliyyət göstərmişdir.
TÜRKPA beynəlxalq əməkdaşlıq çərçivəsində Katibliyin iştirakı ilə bir çox nailiyyətlər əldə etmişdir. TÜRKPA nümayəndə heyəti ATƏT Parlament Assambleyasının, Parlamentlərarası Birliyinin, ATƏT Xarici İşlər Nazirləri Şurasının, İslam Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin, Avropa Parlamentinin, Baltik Assambleyasının, GUAM, QDİƏT Parlament Assambleyasının və MDB Parlamentlərarası Assambleyasının toplantılarında, sessiyalarında və konfranslarında iştirak etmişdir.
TÜRKPA müşahidəçi qismində İslam Əməkdaşlıq Təşkilatının Parlament Birliyinin İndoneziyanın Palembanq şəhərində keçirilmiş 7-ci Şurasında, bundan başqa Parlamentlərarası Birliyinin Uqandanın Kampala şəhərində keçirilmiş 126-cı sessiyasında da iştirak etmişdir. Almatı şəhərində keçirilmiş Müstəqil Dövlətlər Birliyinin Parlamentlərarası Assambleyası Şurasının 20-ci illiyinə həsr edilmiş tədbirinə TÜRKPA nümayəndə heyəti qatılmışdır.
İlk dəfə TÜRKPA Katibliyi koordinatorluğu ilə ATƏT PA-nın 2012-ci ildə keçirilən qış sessiyasında TÜRKPA üzv ölkələrinin nümayəndə heyətləri bir araya gəlmiş və ATƏT PA çərçivəsində ortaq fəaliyyət üçün ilkin istək ifadə etmişdilər.
Həmçinin TÜRKPA baş katibi ATƏT-in baş katibi Lamberto Zannieri ilə, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi səfir İyon O`Liri və Avropa Parlamentinin xüsusi nümayəndəsi Dik Tornstra ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlərin hər birisi Assambleyanın fəaliyyətlərinin, vəzifələrinin və hədəflərinin beynəlxalq ictimaiyyətə tanıtdırılması məqsədi daşımışdır.
ATƏT-də hal hazırda sədrlik edən İrlandiya Respublikasının Vyanadaki səfirliyinin dəvəti ilə cari ilin sentyabr ayında ATƏT-in Daimi Şurasında TÜRKPA baş katibinin brifinqi nəzərdə tutulub. Brifinqin məqsədi Daimi Şurada təmsil olunan ATƏT üzv dövlətlərinin səfirlərinə TÜRKPA haqqında ətraflı məlumat vermək, Daimi Şuranı maraqlandıran sualları cavablandırmaq və iki təşkilat arasında əməkdaşlıq perspektivləri müzakirə etməkdir. Bundan əlavə, Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə(CİCA), Asiya Ölkələri Parlament Assambleyası və Şimali Şura (Nordic Council) kimi beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqələr davam etməkdədir.
TÜRKPA-nın beynəlxalq əməkdaşlığı BMT-nin legitim və ali rolunun tanınmasına əsaslanır. Buna əsasən, 2011-ci ildə TÜRKPA BMT Baş Assambleyasında müşahidəçi statusu almaq üçün müraciət etmişdir. TÜRKPA üzv ölkələrin BMT-də daimi nümayəndəliklərinin səyi nəticəsində həmin məsələ BMT Baş Assambleyasının 66-ci sessiyasının gündəliyinə daxil olmuşdur. Cari ildə üzv ölkələrin xarici işlər nazirliklərinin dəstəyi ilə bu istiqamətdə işlərin davam etdirilməsi planlaşdırılır.
TÜRKPA və Türk Dövlətlərin Əməkdaşlıq Şurası arasında türkdilli dövlətlərin siyasi, iqtisadi və mədəni əlaqələrinin möhkəmləndirilməsində dayanan ümumi ana məqsədlərinə uyğun işbirliyi inkişaf edir. Bu məqsədlə həm TÜRKKON həm də TÜRKSOY-la əlaqələr gücləndirilmiş, bir-birimizin layihələrində birgə iştirakın və ortaq koordinasiyanın təməlləri qoyulmuşdur. Bu il keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə Görüşündə də ənənəvi olaraq TÜRKPA nümayəndə heyətinin iştirakı nəzərdə tutulmuşdur.
Qeyd etmək lazımdır ki, TÜRKPA-nın təsis etdiyi seçkilər üzrə Beynəlxalq Müşahidəçilər Missiyası bu ilin yanvar ayında Qazaxıstan Parlamenti Məclisinə keçirilmiş növbədənkənar seçkiləri müşahidə etmişdir. Seçkilərin nəticələri ilə bağlı yekun hesabatlar tanış olmaları məqsədi ilə üzv ölkələrin parlamentlərinə, xarici işlər nazirliklərinə, həmçinin ATƏT Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq qurumlara göndərilmişdir. Artıq demək olar ki, TÜRKPA-nın müşahidəçilər mandatı beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunan və tanınan bir missiyaya çevrilmişdir.
Bu dövr ərzində TÜRKPA-nın üzv ölkələrinin parlamentlərinin sədrləri ilə, həmçinin xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirilmiş, məsləhətləşmələr aparılmış və onların tövsiyələri dinlənilmişdir.
TÜRKPA-nın nəşrləri
TÜRKPA Katibliyi tərəfindən təşkilatın hüquqi sənədləri 5 dilə çevrilmiş və kiçik kitabça şəklində çap edilmişdir. TÜRKPA-nın hüquq komissiyasının tövsiyə qərarına əsasən üzv dövlətlərinin konstitusiyaları, həmçinin Özbəkistan və Türkmənistan konstitusiyaları təşkilatımızın rəsmi dillərinə tərcümə olunmuş və çap edilmişdir. Bu gün siz burada çap olunmuş sənədləri görmək imkanına sahibsiniz.
TÜRKPA digər Türkdilli dövlətləri ilə sıx qarşılıqlı əlaqələrin qurulmasında xüsusən maraqlıdır. Belə ki, Türkmənistan və Özbəkistan parlamentləri ilə təmasların qurulması prosesi davam edir. TÜRKPA regionun digər ölkələrin parlamentlərinin, habelə digər beynəlxalq təşkilatlarının gələcəkdə öz fəaliyyətində aktiv iştirakından məmnunluq duyacaqdır.
TÜRKPA İstanbul Anlaşmasına uyğun olaraq, parlamentlərarası əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə Qırğızıstan və Türkiyə parlamentləri arasında mübadilə proqramlarını həyata keçirmiş və bu proseslər davam etdirilir.
TÜRKPA qlobal dialoqun ümumi parlamentlərarası platformanın möhkəmlənməsinə xüsusi önəm verir. TÜRKPA ənənəvi diplomatiyanı tamamlayan bir amil kimi parlament diplomatiyasının da istifadə etməklə dünyada sülhün, demokratiya və iqtisadi inkişafın bərqərar olmasında xüsusi rol oynayacağına inanır. TÜRKPA-nın Avropa və Asiya beynəlxalq institutları ilə sıx işbirliyi dünyada çox vacib faktoru olan mədəniyyətlər və dinlərarası dialoqunun intensivləşməsində və tolerantlıq amilinin ön plana çixmasında önəmli rol oynamaqdadır.
TÜRKPA-nın gələcək perspektivləri
TÜRKPA yaxın perspektivlərində daimi komissiyaların növbəti toplantılarını beynəlxalq konfransların təşkil edilməsi, regional və qonşu dövlətlərin parlamentləri ilə əlaqələrin inkişafına dair tədbirlərin və Türkdilli ölkələrin arasında münasibətlərin intensivləşməsinə yonəlmiş layihələrin həyata keçirilməsini nəzərdə tutmaqdadır. Bundan əlavə, Beynəlxalq Əlaqələr Komissiyasının tövsiyyə qərarına əsasən, yaxın gələcəkdə “Ölkələrarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərinin rolu” və “TÜRKPA: parlamentlərarası əməkdaşlığın yeni mərhələsi” mövzularında beynəlxalq konfransların təşkil edilməsi fəaliyyət planımızda nəzərdə tutulmuşdur.
TÜRKPA-nın rəsmi internet səhifəsi də yenilənmiş və hər bir şəxs istənilən məlumatı orada əldə edə bilər.
TÜRKPA-da BMT-nin əsas dillərindən olan ingilis dilinin olması təşkilatın beynəlxalq əməkdaşlıq və beynəlxalq əlaqələr sisteminə inteqrasiya prosesində mühüm rol oynamaqdadır.
14-15 iyun 2012-ci il tarixində Qırğızıstanın Bişkek şəhərində TÜRKPA-nın Assambleya Şurasının 3-cü iclası və 3-cü plenar sessiyası uğurla başa çatmışdır. Təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçmiş, dörd daimi komissiyaların sədr müavinləri və katibləri seçilmiş, komissiyaların tövsiyə qərarları təsdiq edilmiş və üzv ölkələrin parlamentlərinin milli qanunvericiliyinə uyğunlaşdırılması məqsədi ilə onlara göndərilmişdir, bundan başqa TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş seçkilərə dair hesabatı qəbul edilmiş, Katibliyin 2013-cü ilin büdcəsi təsdiq edilmiş, plenar sessiyanın yekun sənədi olan Bişkek Bəyannaməsi qəbul edilmiş.
TÜRKPA-nın həyata keçirdiyi uğurlu fəaliyyətində üzv ölkələrin parlamentlərinin və xarici işlər nazirliklərinin rolu mühümdür. Ev sahibi ölkə Azərbaycan Respublikasının Milli Məclisi və Xarici İşlər Nazirliyi Beynəlxalq Katibliyin sərbəst və yüksək səviyyədə fəaliyyəti üçün bütün imkanlar yaratmışdır.