A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Bişkekdə TÜRKPA-nın III Plenar Sessiyası keçiriləcək - Turk-PA.org
Wednesday, 12 August 2020, 02:24:24 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Bişkekdə TÜRKPA-nın III Plenar Sessiyası keçiriləcək

12.06.2012 12:52

14-15 iyun 2012-ci il tarixində Qırğızıstanın Bişkek şəhərində keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasına hazırlıq məqsədi ilə baş katib cənab Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti Qırğızıstanda yola düşmüşdür.
Plenar Sessiyaya hazırlıq prosesi təxminən 3 aydır ki, davam etməkdədir.
15 iyun 2012-ci il tarixində keçiriləcək Sessiyanın işində TÜRKPA üzv ölkələrindən olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin parlament sədrlərinin başçılığı altında nümayəndə heyətlərinin, həmçinin Türk Konseyi, TÜRKSOY, İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Birliyi, Qara Dəniz İqtisadı Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası və digər beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı nəzərdə tutulmuşdur.
14 iyun 2012-ci il tarixində baş tutacaq Assambleya Şurasının III iclasında TÜRKPA-nın III Plenar Sessiyasının gündəliyi qəbul ediləcək, dörd daimi komissiyaların katibi vəzifəsinə seçkilər keçiriləcək, Katibliyin 2011-ci il üçün maliyyə və fəaliyyət hesabatları təsdiq ediləcək, həmçinin IV Plenar Sessiyasının keçirilmə tarixi və yeri müəyyənləşdiriləcəkdir.
15 iyun 2012-ci il tarixində keçiriləcək TÜRKPA-nın III Plenar Sessiyasında üzv ölkələrinin sədrlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin çıxışları dinləniləcək, TÜRKPA-nın son 1 illik fəaliyyətinə həsr olunmuş slayd şounun təqdimatı olacaq, bundan başqa Beynəlxalq əlaqələr, İqtisadiyyat, ticarət və maliyyə məsələləri, Sosial, mədəniyyət və humanitar məsələləri, Hüquq məsələləri komissiyalarının hesabat və tövsiyə qərarlarının, həmçinin TÜRKPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş prezident və parlament seçkilərinə dair rəylərinin dinlənilməsi və təsdiqi də planlaşdırılır. Bundan əlavə yuxarıda qeyd edilmiş komissiyaların sədr müavini vəzifəsinə namizədlərin seçimi plenar sessiyada baş tutacaqdır.
Qeyd edək ki, Plenar Sessiyada Katibliyin 2013-cü il üçün büdcə layihəsinin təsdiqi də gözlənilir.
Sonda TÜRKPA-nın III Plenar Sessiyasının yekun sənədi olan –Bişkek Bəyannaməsinin qəbulu nəzərdə tutulmuşdur.
Plenar Sessiyadan sonra üzv ölkələrin parlament sədrləri və TÜRKPA baş katibinin iştirakı ilə sessiyanın yekununa dair mətbuat konfransı keçiriləcəkdir.