A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş katibi Qazaxıstana səfər edəcəkdir - Turk-PA.org
Sunday, 09 August 2020, 01:06:03 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş katibi Qazaxıstana səfər edəcəkdir

06.06.2012 15:54

8-10 iyun 2012-ci il tarixində Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsənovun rəhbərliyi altında nümayəndə heyəti TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədrinin dəvəti əsasında Astanaya səfər edəcəkdir.
TÜRKPA Baş katibinin səfər çərçivəsində TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Parlamenti Məclisinin sədri cənab Nurlan Niqmatulin, Beynəlxalq əlaqələr, müdafiə və təhlükəsizlik komitəsinin sədri cənab Maulen Aşimbayev və digər şəxslərlə görüşü nəzərdə tutulmuşdur.
Görüşdə TÜRKPA-nın fəaliyyətdə olan sədrinə təşkilatın son 1 illik fəaliyyəti, III plenar sessiyaya hazırlıqla bağlı məlumat veriləcək, həmçinin gələcəkdə görüləcək işlərə dair fikir mübadiləsi aparılacaqdır.
Bundan əlavə beynəlxalq münasibətlər sahəsində TÜRKPA və Qazaxıstan arasında gələcək əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədi ilə Qazaxıstanın xarici işlər naziri Yerjan Kazıxanovla görüş də planlaşdırılır.
Səfər zamanı TÜRKPA Baş katibini, Baş katibin müavini Mels Semqaliyev, həmçinin Beynəlxalq əməkdaşlıq və protokol məsələləri üzrə katib Anar Rəhimov müşayiət edəcəklər.