A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş katibi Türk Konseyinin Ağsaqqallar Şurasının toplantısında iştirak edəcəkdir - Turk-PA.org
Saturday, 08 August 2020, 01:14:43 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş katibi Türk Konseyinin Ağsaqqallar Şurasının toplantısında iştirak edəcəkdir

05.06.2012 16:16
6-7 iyun 2012-ci il tarixində Türkdilli Ölkələrin Parlament Assambleyasının Baş katibi cənab Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi cənab Halil Akıncının dəvəti əsasında Türk Konseyinin Bakıda keçiriləcək Ağsaqqallar Şurasının toplantısında iştirak edəcəkdir.

Toplantının gündəliyinə dünya miras siyahısına daxil olacaq türk əsərlərinin müəyyənləşdirilməsi, türk akademiyasının fəaliyyəti, ortaq televiziya kanalının yaradılması, universitetlərarası birlik, məktəblər üçün ortaq tarix və ədəbiyyat kitablarının hazırlanması, ortaq əlifba və terminologiyanın yaradılması istiqamətində işlər, TÜRKSOY-a hüquqi statusunun verilməsi üçün yeni bir beynəlxalq müqavilənin imzalanması, “Türk Dünyası mükafatı” layihəsinin hazırlanması, Türk Konseyinin fəaliyyətinin daha da gücləndirilməsi məqsədi ilə digər təkliflərin, gələcək toplantının tarixinin və yerinin müəyyənləşdirilməsi, tövsiyə qərarlarının müzakirəsi və qəbulu kimi vacib məsələlər daxildir.
İclasda, həmçinin TÜRKPA Baş katibi təşkilatın fəaliyyəti, məqsədləri ilə bağlı çıxış edəcək, toplantıda müzakirə olunacaq məsələlərə dair fikir mübadiləsi aparacaqdır.