A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun çıxışı - Turk-PA.org
Sunday, 09 August 2020, 01:24:53 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA-nın fəaliyyətdə olan sədri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədovun çıxışı

23.05.2012 13:39

Hörmətli həmkarlar! Xanımlar və cənablar!

Türkdilli Ölkələrin Parlament Assambleyasının ilk plenar iclasında sizi ürəkdən salamlayıram. İclasda iştirak edən həmkarlarıma səmərəli və uğurlu iş arzulayıram. Ümidvaram ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr, qəbul ediləcək qərarlar ilk addımlarını atan təşkilatımızın səmərəli fəaliyyəti üçün möhkəm təməl yaradacaqdır.

Hörmətli həmkarlar, müasir dünyada regional inteqrasiya prosesləri getdikcə daha geniş vüsət alır. Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması və fəaliyyətə başlaması xalqlarımızın tarixində son dərəcə mühüm bir hadisədir.

Əslində bölgələrimizin dünya siyasətində və iqtisadiyyatında artan rolu türkdilli xalqlar ailəsinin bütün üzvləri arasında sıx birliyin və əməkdaşlığın vacibliyini ön sıraya çıxarmışdır. İndiyədək ölkələrimiz arasında siyasi dialoqun ən mühüm platforması türkdilli dövlət və hökumət başçılarının mütəmadi keçirilən zirvə toplantıları olmuşdur. Bu toplantılar bölgələrimizin siyasi, iqtisadi, mədəni və digər problemlərinin həllinə, türk birliyi ideyasının gerçəkləşməsinə mühüm töhfələr vermişdir.

Eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən dost və qardaş xalqlarımızın parlament məclisi də ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar münasibətlərin genişlənməsinə kömək göstərəcək, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə yol açacaqdır. Təşkilatımızın fəaliyyəti bölgələrimizin hərtərəfli inkişafına, dövlətlər arasında inteqrasiyanın dərinləşməsinə yönələn işlərə dəstək verəcəkdir.

Hörmətli həmkarlar!

Müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artmışdır. Parlamentlərarası əməkdaşlığın keyfiyyətcə yeni mərhələsi olan parlament diplomatiyası dövlətlər arasında siyasi dialoqun inkişafına sanballı töhfələr verir. Hesab edirəm ki, TürkPA-nın fəaliyyəti bu baxımdan da səmərəli olacaqdır. Parlament Assambleyamız parlamentlərarası ünsiyyətin demokratik forumu kimi təşəkkül tapacaq, bölgələrimizin əmin-amanlıq və inkişaf zonasına çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsinə və həyata keçirilməsinə əlverişli şərait yaradacaqdır.

Hazırda ölkələrimizin yerləşdiyi bölgələrdə Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng iqtisadi layihələr həyata keçirilməkdədir. Xəzər neftini və qazını dünya bazarlarına çıxaran Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri artıq istismara verilmişdir, digər enerji-nəqliyyat layihələrinin tamamlanacağı gün uzaqda deyildir. Regional əməkdaşlığın gözəl nümunələri olan bu layihələr bölgələrimizin xalqlarına tərəqqi və inkişaf gətirəcəkdir.

Hörmətli xanımlar və cənablar!

Əlbəttə, uğurlardan və nailiyyətlərdən danışarkən problemləri də yada salmaq lazımdır. Mən ilk növbədə Azərbaycanın qarşılaşdığı davakar millətçilik və etnik separatizm problemini nəzərdə tuturam. Bizim zorla cəlb edildiyimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin indiyədək həll edilməməsi nəinki ölkəmizin inkişafını ləngidir, həm də regionda və ümumən dünyada sülh və sabitlik üçün ciddi təhlükə törədir. Azərbaycan bu münaqişənin hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında dinc vasitələrlə həll edilməsi yoluna sadiqdir. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın inkişafı üçün tamamilə yeni perspektivlər açacaqdır. İnanıram ki, bölgələrimizin sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcəkdir.

Hörmətli dostlar, hörmətli həmkarlar!

Sözümün sonunda icazə verin, mötəbər toplantımızın işinə uğurlar, xalqlarımıza sülh, tərəqqi və firavanlıq arzulayım.
Diqqətinizə görə təşəkkür edirəm.

Açılış mərasimindəki çıxışlara yekun vuran Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov dedi ki, bizim toplantımız TürkPA-nın xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə kömək göstərmək əzmini nümayiş etdirdi. Milli Məclisin Sədri əminlik ifadə etdi ki, toplantıda qəbul olunan qərarlar bölgələrimizin sülh və çiçəklənmə zonasına çevrilməsinə, həmçinin demokratik proseslərin inkişafına töhfə verəcək.