A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Ural Muxamedjanovun çıxışı - Turk-PA.org
Saturday, 08 August 2020, 01:15:31 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri cənab Ural Muxamedjanovun çıxışı

23.05.2012 13:37

Hörmətli Sədr, dəyərli məsləkdaşlarım, xanımlar və bəylər!

Tarixi və kökləri, dili və dini ortaq olan Türkdilli Ölkələrin Parlament Assambleyasının I Plenar İclasını Bakı şəhərində gerçəkləşdirən Azərbaycan Respublikası rəhbərliyinə, Milli Məclisə və onun Sədri hörmətli Oqtay Sabir oğlu Əsədova Qazaxıstan parlamenti və öz adımdan səmimi təşəkkürlərimi bildirirəm.

Nitqimi Azərbaycan xalqının məşhur şairi Nizaməddinin "Qəlbdən gələn söz qəlbə çatar" sözləri ilə başlamaq istərdim. Necə ki, arzuları qəlbləri bir olan yaxın insanların daim bir-birini anlayacaqları, dəstəkləyəcəkləri şübhəsizdir. Bugünkü toplantımız da deyərdim ki, bax o qəlblərdən çıxan sözlərin qəlblərə yetişməsinin bir nümunəsidir.
Həmkarlarımı çoxdan bəri gözlədiyimiz Türkdilli Ölkələrin Parlament Assambleyasının I Plenar İclasının açılışı münasibətilə təbrik edirəm.

Ölkələrimiz müstəqillik qazandıqdan sonra həm bir-birimiz, həm də Türk Dövlətləri Başçıları Zirvəsi, TÜRKSOY, Asiyada Əməkdaşlıq və Təhlükəsizlik Konseyi, İslam Konfransı Təşkilatı, BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində yenidən canlanan əlaqələrimiz hazırda yeni səviyyəyə yüksəlməkdədir.

Yaxında Naxçıvanda gerçəkləşdiriləcək Türkdilli Dövlətlərin Dövlət Başçılarının IX Zirvə Görüşünün ümumtürk əməkdaşlığını yeni səviyyəyə yüksəldəcəyinə tam inanırıq.
Tarixin səhifələrinə baxsaq mənəvi birliyimizin xalqlarımızın bir neçə əsrlik əlaqələrinin sağlam təməlləri üzərində yarandığını görərik. Ortaq türk mədəniyyətinin ən görkəmli nailiyyətləri olaraq qəbul edilən qədim türk kitabələri, dünya mədəniyyətinə böyük töhfələr vermiş dahi mütəfəkkirlərimizin əsərləri, döyüş meydanlarında böyük zəfərlərə imza atmış lider və qəhrəmanlarımızın sərkərdə dühaları tarixi köklərimizin açıq sübutudur.

Tarixi ənənələrimizin əsasını qoruyacaq çağdaş prosesləri inkişaf etdirmək üçün təşkilatlanma vacibdir. Bişkek, Alma-Ata və Ankarada Azərbaycanın dahi bəstəkarı Ü.Hacıbəyovun "Koroğlu" operasının türkdilli dövlətlərdə birgə tamaşaya qoyulması mənəvi işbirliyimizin rəmzidir. Türkdilli ölkələrdən gələn 300-ə yaxın sənətçinin qatıldığı bu layihə mədəni əməkdaşlığımızın gələcək perspektivlərini göstərir.

Qazaxıstanda dövlət başçımızın təşəbbüsü ilə həyata keçirilən 'Mədəni miras' proqramı çərçivəsində xalqımızın zəngin tarixi, ağız ədəbiyyatı və digər mənəvi zənginliklərimizi təbliğ edən bir çox işlər həyata keçirilməkdədir.

Dünya tarixində türk mədəniyyətlərinin nailiyyətlərinin mühüm yerə sahib olduğu hər kəsə məlumdur. Geniş Avrasiya torpaqlarında 4 milyon kv. km. əraziyə və 200 milyona yaxın əhaliyə sahib türk dünyasının müasir dünya arenasında da strateji geosiyasi çəkiyə malik olması bir faktdır. Bu torpaqlardakı zəngin təbii ehtiyatları mütəxəssislər 500 trilyon ABŞ dolları dəyərində qiymətləndirirlər. Türk dövlətlərinin Avropa ilə Asiya arasında tranzit yükdaşımalardakı rolu da göz qabağındadır. Bütün bunlar ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsindən, qarşılıqlı sərmayələrin yatırılmasından, ticarət dövriyyəsinin artırılmasından əldə edəcəyimiz faydaları göstərir.

2009-cu ilin I yarısında Qazaxıstanın türdilli ölkələrlə ticarət dövriyyəsi 1,53 milyard ABŞ dolları olmuşdur. Bu ölkələr Qazaxıstana 1,6 milyard dollar sərmayə qoyub.

Qazaxıstanın 2004-2008-ci illərdə həmin ölkələrə yatırımı 879 milyon dollardır. Bu rəqəmlər ölkələrimiz arasında potensialların tam istifadə olunmadığına işarə edir.

Azərbaycan və Qazaxıstan arasında əlaqələr inkişaf etməkdədir. Ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Qazaxıstan Azərbaycanla bütün sahələrdə əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır.

Qazaxıstan hazırda 85 mindən yuxarı azərbaycanlının ikinci vətənidir. Bunların arasında ölkəmizə böyük xidmətlər göstərən və xalq arasında hörmət qazanan şəxslər kifayət qədərdir. Ölkəmizdə fəaliyyət göstərən "Qobustan", "Azəri", "Vətən", "Heydər", "Dostluq" kimi Azərbaycan cəmiyyətləri və dərnəkləri millətlərarası əlaqələrin inkişafına böyük töhfələr verir.

İqtisadi və demokratik islahatları uğurla başa vuran Qazaxıstan hazırda sabit iqtisadi inkişaf yolundadır. Biz bu gün respublikamızda prezident idarəetmə formasından prezident-parlament modelinə keçməyi dəyərləndiririk.

Qazaxıstan dünyada təhlükəsizlik və sabitliyin qorunması işinə öz töhfələrini verməkdədir. Müstəqilliyinin ilk günlərindən etibarən ölkəmiz nüvəsiz inkişaf yolunu seçərək regionda təhlükəsizliyi təmin etdi. Biz dünya tarixində ilk olaraq nüvə silahından öz istəyimizlə imtina edən ölkə kimi sülhə və sabitliyə böyük töhfə verdik.
Bu gün 130-dan çox millətə və etnik qrupa ev sahibliyi edən Qazaxıstan etnik və dini dözümlülüyə nümunə olaraq göstərilməkdədir. Ölkəmizdə Qazaxıstan Xalq Assambleyası sosial sabitlik və barışıq qurumu kimi müvəffəqiyyətlə fəaliyyət göstərir.

Dünyəvi və dini liderlərin Astanada 3 dəfə bir araya gəlmələri ölkəmizin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə verdiyi dəstəyin bariz nümunəsidir.
Gələn il MDB və Asiya ölkələri arasında ilk olaraq ATƏT-ə sədrlik edəcək Qazaxıstan bu vəzifənin böyük məsuliyyətini dərk edərək "Avropa yolu" Dövlət Proqramı həyata keçirməkdədir. Proqramın əsas məqsədi Avropanın qabaqcıl ölkələri ilə strateji əməkdaşlıq səviyyəsinə çatmaqdır.

Qazaxıstanın 2011-ci ildə İKT-yə sədrlik etməsi ölkəmizin islam dünyasında nüfuzunun daha da artmasına səbəb olacaq. Ölkəmizin çoxtərəfli əməkdaşlığı qüvvətləndirmək məqsədilə Asiyada Əməkdaşlıq və Təhlükəsizlik Konfransını çağırmaq yolundakı çalışmaları da mühüm əhəmiyyətə malikdir. Qurulduğu andan bu forum Asiya bölgəsində sülhün və təhlükəsizliyin qorunması məsələləri ilə bağlı fikirlərin açıq mübadiləsi mərkəzinə çevrilib.

Hörmətli Sədr, hörmətli həmkarlarım!

Bu gün parlament heyətlərimizin bir araya gəlməsi çoxdankı arzularımızın reallaşmasıdır. Sizləri bu böyük tarixi hadisəyə şahid olmanız münasibəti ilə bir daha təbrik etmək istəyirəm.

Türkdilli Ölkələrin Parlament Assambleyası birinci növbədə ölkələrimizin qanunvericiliyini bir-birinə uyğunlaşdırmaqla aramızdakı iqtisadi əlaqələri daha da genişləndirəcək. Eyni zamanda, parlamentlərarası əməkdaşlığı inkişaf etdirmə, siyasi mövqeləri bir-birinə uyğunlaşdırma, biliklərin mübadiləsi, mədəniyyətləri tanıtma, iqtisadi əməkdaşlığı gücləndirmə və digər məsələlərdə böyük fayda verəcək. Assambleya parlamentlərimiz arasında təcrübə mübadiləsinin həyata keçirilməsinə böyük əhəmiyyət verməlidir.

TürkPa-nın ATƏT PA, AŞ PA, İKT PA kimi böyük təşkilatların səviyyəsinə çatacağına qəti inanırıq. Bizim birliyimiz iqtisadi inkişafa, sülhə, əmin-amanlığa və rifaha yol açacaqdır. Bu işdə hamımıza uğurlar diləyirəm.