A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Aytibay Taqayevin çıxışı - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:03:48 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qırğız Respublikası Jogorku Keneşinin Sədri cənab Aytibay Taqayevin çıxışı

23.05.2012 13:36

Əziz qardaşlar, hörmətli Sədr, dəyərli millət vəkilləri və qonaqlar!

Hər birinizi TürkPA-nın I Plenar İclasının başlaması münasibəti ilə təbrik edirəm. Bu toplantıya qədər görülən işlər bizim bu sahədə təcrübəmizi daha da artırdı. TürkPA tarixi kökləri bir olan, ortaq mədəniyyətə və dilə sahib olan qardaş ölkələrin parlamentarilərini bir yerə toplayaraq əhəmiyyətli beynəlxalq təşkilatın yaradılmasında vacib addım atır. Bu səbəbdən assambleyanın əhəmiyyətli təşkilatlardan biri olacağına heç şübhəmiz yoxdur.

Dəyərli həmfikirlər!

İlk plenar toplantımız dünyada hələ də təsirini itirməmiş iqtisadi böhranın kölgəsində baş tutur. Köklü şəkildə baxdıqda hazırda maliyyə böhranının fəsadlarının hələ davam etdiyini görürük.

Hörmətli iştirakçılar, dünyada yaşanan iqtisadi böhran hər yerdə olduğu kimi bizim ölkədə də özünü göstərmişdir. Mənim fikrimcə, TürkPA-ya üzv olan dövlətlərin ticarət və iqtisadi əlaqələrinin möhkəmlənməsi vacib məsələlərdən biridir. Bir sözlə, bu məsələləri həll etmək üçün səylərimizi birləşdirməli və birgə hərəkət etməliyik. Ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığı inkişaf etdirmək məqsədilə türkdilli dövlətlərin iqtisadi imkanlarından səmərəli şəkildə faydalanmağımız böyük əhəmiyyət daşıyır. Gələcəkdə assambleyanın əldə edəcəyi uğurlar tək dünya üçün deyil, xalqlarımız üçün də nümunə olacaqdır. Əməkdaşlığımızda çoxtərəfli münasibətlər qarşılıqlı ikitərəfli münasibətlərin möhkəmlənməsi üçün vacibdir. Türkdilli ölkələrin dövlətlərarası qarşılıqlı anlaşma qərarlarının tətbiqinin araşdırılması və statistik məlumatların əldə edilməsi TürkPA-nın Baş katibliyinin daim nəzarətində olmalıdır.

Zəngin təbii sərvətlərə və insan potensialına malik olan türkdilli dövlətlər həm iqtisadi imkanlar baxımından, həm də geosiyasi nöqteyi-nəzərdən dünyanın vacib bir hissəsidir. Bu səbəbdən əlaqələri hərtərəfli inkişaf etdirmək və münasibətləri dərinləşdirmək qarşımızda duran vəzifələrdən biri olmalıdır. Yaxın gələcəkdə TürkPA çərçivəsində regional tranzit sisteminin qurulmasına dair konsepsiyanın hazırlanması önəmli məsələlərdən biridir. Bu sistemin qurulması ilə dövlətlərimiz və xalqlarımız arasında əlaqələrin möhkəmlənməsi və informasiya mübadiləsinin sıxlaşması ilə bərabər regionda tranzit əlaqələrinin də inkişaf edəcəyi təbiidir.
Bölgədəki ağır ekoloji durum vacib problemlərdən biridir. Ekologiyanın müdafiəsini gücləndirmək, təbii fəlakətlərin və tektonik hadisələrdən əvvəlcədən xəbərdar olaraq qabaqlayıcı tədbirlər görmək üçün gücümüzü toplayıb birlikdə fəaliyyət göstərməyimiz vacibdir. Biz bu istiqamətdə hansı işləri görə bilərik? Düşünürəm ki, bir çox məsələlərdə olduğu kimi ümumi ekoloji standartların qəbul edilməsi və bu sahədə qarşılıqlı əməkdaşlıq bu problemin həllinə yardım edəcəkdir.
Hər parlamentdə müxtəlif məsələləri əhatə edən komissiyalar mövcuddur. Biz qüvvəmizi bir yerə toplamalıyıq. Düşünürəm ki, qarşımıza çıxan problemləri bir-birimizin təcrübəsindən istifadə edərək həll edə biləcəyik.

Dəyərli məsləkdaşlar, beynəlxalq təşkilatların iş təcrübəsi bizə göstərir ki, münasibətlər ümumi maraqlar, qarşılıqlı anlaşma və hörmət üzərində qurulmalıdır.
Keçmişdə yaşadığımız olaylar göstərir ki, mürəkkəb dünyada heç bir ölkə təkbaşına təhlükələrə və təhdidlərə qalib gələ bilməz. Bu səbəbdən müdafiə məsələləri ilə əlaqədar zaman itirmədən aktiv şəkildə birlikdə hərəkət etməyimiz vacibdir. Bunun üçün konseptual proqramların üzərində çalışmaq və çoxşaxəli layihələr reallaşdırmaq lazımdır.
TürkPA-nın gələcəyinə inanırıq və bu assambleyanın beynəlxalq təşkilatlar sırasında layiqli yer tutacağına əminik. Türkdilli dövlətlər kimi tarixi köklərimizin bir olması, ümumi mədəniyyətə və dilə malik olmağımız hər birimizi daha da birləşdirir.

Dəyərli dostlar, çıxışımın sonunda Azərbaycan parlamentinin Sədri cənab Oqtay Əsədova göstərdiyi qonaqpərvərliyə və TürkPA-nın ilk plenar iclasını təşkil etdiyinə görə dərin təşəkkürümü bildirirəm.

Azərbaycanda gerçəkləşən bu ilk toplantımızın öz töhfəsini verəcəyinə və TürkPA-nın bundan sonra daha da inkişaf edəcəyinə inanıram.
Diqqətiniz üçün hər birinizə təşəkkür edirəm.