A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Baş katib QDİƏTPA-nın 49-cu Plenar İclasında iştirak etmişdir - Turk-PA.org
Sunday, 25 August 2019, 06:22:44 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib QDİƏTPA-nın 49-cu Plenar İclasında iştirak etmişdir

06.07.2017 19:00
TürkPA-nın Baş katibi Jandos Asanov 5-6 iyul, 2017-ci il tarixlərində Assambleyanın fəaliyyətdə olan sədri adından, müşahidəçi qismində İstanbulda keçirilmiş Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının 49-cu Plenar İclasında iştirak etmişdir.


Türkiyə Böyük Millət Məclisinin (TBMM) ev sahibliyində baş tutmuş QDİƏTPA-nın Plenar İclasına QDİƏTPA Prezidenti və TBMM spikeri cənab İsmail Kahraman sədrlik etmişdir.

Plenar İclas çərçivəsində Jandos Asanov TBMM sədri cənab İsmail Kahraman və digər vəzifəli şəxslərlə söhbət imkanı əldə etmişdir.

Tədbirdə Azərbaycan və Türkiyə daxil olmaqla, QDİƏTPA üzv parlamentlərinin nümayəndə heyətləri, müşahidəçi qismində təşkilatlar, həmçinin tərəfdaş qurumlar iştirak etmişdir. Parlamentarilər 49-cu Plenar İclas gündəliyinin əsas mövzusu olaraq "Qara Dəniz Regionunda təhlükəsizlik və sülhün təmin edilməsində parlamentlərin rolu" nu müzakirə etmişdir.

6 iyul, 2017-ci il tarixində keçirilmiş Plenar İclasın qapanış mərasimində QDİƏTPA-da prezidentlik Ukrayna Ali Radasına təhvil verilmişdir.