A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

“Əcdadların izi ilə” mövzusunda dəyirmi masa keçirilmişdir - Turk-PA.org
Monday, 16 December 2019, 07:21:49 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

“Əcdadların izi ilə” mövzusunda dəyirmi masa keçirilmişdir

30.05.2017 15:12
29 may 2017-ci il tarixində Qazaxıstanın Bakıdakı səfirliyində “Əcdadların izi ilə” («Бабалар ізімен») mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbir Sadaqat Nurmaqambetovun adını daşıyan Qazaxıstan beynəlxalq ictimai-xeyriyyə fondunun Astana filialının rəhbəri Sapar İsqaqovun başçılığı ilə elmi-tarixi ekspedisiyanın təşkil edilməsinə həsr edilmişdir. Ekspedisiya Azərbaycanın Qazax rayonuna və Gürcüstana, eləcə də digər qonşu ölkələrə səfər edəcək.


Qazaxıstanın Azərbaycandakı səfiri cənab Beybit İsabayevin başçılıq etdiyi dəyirmi masada Azərbaycan Milli Məclisinin və TürkPA-ın üzvü akademik Nizami Cəfərov, Macarıstanın Azərbaycandakı səfiri İmre Lazlotski, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri iştirak etmişdir.

Tədbirdə iştirak edən TürkPA Baş katibi Jandos Asanov həm Qazaxıstan, həm də Azərbaycanın zəngin tarixə malik olduğunu qeyd edərək, ölkələrin tarixi keçmişinin araşdırılması sahəsində tarixçilərə ehtiyac olduğunu vurğulamışdır ki, bu da öz növbəsində, şübhəsiz, qarşılıqlı anlaşma və əlaqələri gücləndirəcək. Baş katib Qazaxıstandan olan qonaqlara xatirə suveniri hədiyyə etmişdir.