A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

İkinci Humanitar Elmlər Forumu - Turk-PA.org
Friday, 13 December 2019, 05:04:15 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

İkinci Humanitar Elmlər Forumu

30.05.2017 12:09
İkinci Humanitar Elmlər Forumu Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə 25-26 may, 2017-ci il tarixlərində Astanada keçirilmişdir. Tədbir çərçivəsində linqvistika və tarix sahəsində elmi araşdırmalara dair müxtəlif mövzular müzakirə edilmişdir.


Türkdilli ölkələr, Rusiya, ABŞ, Çin, Avropa, Asiya və Afrika ölkələrindən olan alim, mütəxəssis və rəsmilər forumda iştirak etmişdir.

TürkPA Baş katibi Jandos Asanov “Elmə pərəstiş: Elmi İnteqrasiya və Ortaq Dəyərlər” başlıqlı sessiyada çıxış edərək Türk dillərinin araşdırılmasına dair məsələlərə toxunmuşdur (çıxışın mətni aşağıdadır). Xüsusən, o, Türk dillərinin gələcək inkişafında Qazaxıstan Prezidenti və Xalqının Lideri Nursultan Nazarbayevin Gələcəyə Baxış: Mənəvi Dirçəliş fəlsəfi işinin əhəmiyyətini vurğulamışdır.

J.Asanov diqqət göstərilməli olan mühüm sahələrin Türk-Türk linqvistik tərcümənin elmi məcraya salınması, Türk dillərinin müqayisəli araşdırılması, eləcə də Türk dilləri tarixinin sistemli öyrənilməsinin inkişafı olduğunu bildirmişdir.

Forum çərçivəsində TürkPA Baş katibi Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdırali, Türk Şurası Ağsaqqallar Şurasının üzvü Prof. Adil Axmetov, Qazaxıstan parlamenti üzvləri, o cümlədən, digər iştirakçılarla söhbət etmişdir.



Talking points of Mr Jandos Asanov, TurkPA Secretary General