A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu - Turk-PA.org
Friday, 06 December 2019, 06:36:23 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu

22.05.2017 14:32
22-24 may, 2017-ci il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı və TürkPA (Türkdilli Ölkələrin Parlament Assambleyası), Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyi, Türkiyə Respublikasının Azərbaycandakı Mədəniyyət və Tanıtma müşavirliyi, Türk Dünyası Fondu, “Z Company 2007”, ATİB (Azərbaycan Türkiyə İş Adamları Birliyi) və Azərbaycan Dillər Universitetinin dəstəyi ilə Azərbaycan Xalça Muzeyində “Ortaq Qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçirilmişdir.


Simpoziumda Azərbaycan, ABŞ, Gürcüstan, İran, İtaliya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Serbiya, Türkiyə, Türkmənistan və Ukraynadan aparıcı tədqiqatçılar, kolleksiyaçılar, xalçaçı rəssamlar və bu sahə üzrə digər mütəxəssislər iştirak etmişdir.

Tədbirin əsas məqsədi bu simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini daha da zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə olan qayğı və diqqətini, bu sahədə olan biliklərini yüksəltmək olmuşdur.

Simpoziumun mövzusu türk xalça sənətində naxışlar olmuş və bu mövzu istənilən tarixi dövrləri - bizim eradan əvvəl, İslam və digər tarixi dövrlərdən başlayaraq bu günümüzədək olan böyük bir zamanı əhatə edir.

TürkPA Baş katibinin müavini Kürşad Melih Sarıarslan və Komissiya katibi Emin Həsənov simpoziumda iştirak etmişdir.