A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

“İslam Həmrəyliyi – Zamanın Çağırışı” Beynəlxalq Konfransı - Turk-PA.org
Wednesday, 16 October 2019, 06:56:30 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

“İslam Həmrəyliyi – Zamanın Çağırışı” Beynəlxalq Konfransı

15.03.2017 09:02
15 mart 2017-ci il tarixində Bakıda Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycan Respublikası Dini qurumlarla iş üzrə dövlət komitəsi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Beynəlxalq Multikultiralizm Mərkəzi ilə birgə “İslam Həmrəyliyi – Zamanın Çağırışı” adlı Beynəlxalq konfrans keçirilmişdir.


Konfrans Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə elan edilən İslam Həmrəyliyi ili çərçivəsində baş tutmuşdur.

Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Tacikistan, Belarus və Ukraynadan olan dövlət, dini və elmi xadimlər, eləcə də Azərbaycandakı dini konfessiyaların rəhbərləri, Hökumət, Parlament və ictimai üzvlər, diplomatik korpusların nümayəndələri Konfransda iştirak etmişdir.

Konfransın birinci sessiyasına Qafqaz Müsəlmanları İdarəsinin Sədri Şeyxülislam Allahşükür Paşazadə moderatorluq etmişdir. Allahşükür Paşazadə Azərbaycanın İslam Sivilaziyasında tarixi rola malik olduğunu qeyd edərək bildirmişdir ki, Azərbaycan tarixən müxtəlif dinlərdən olan nümayəndələrin hər zaman birgə sülh və anlaşma içərisində yaşadığı çoxmillətli və çoxkonfessiyalı ölkədir.

TürkPA Baş katibi Jandos Asanov da Konfransa dəvət edilmişdir.