A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TürkPA-nın yeni nəşri işıq üzü görmüşdür - Turk-PA.org
Saturday, 07 December 2019, 08:54:49 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TürkPA-nın yeni nəşri işıq üzü görmüşdür

14.03.2017 17:57
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA-nın) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının qərarına uyğun olaraq, Assambleyanın Beynəlxalq Katibliyi tərəfindən hazırlanmış «Türkdilli ölkələrin parlamentlərinin daxili nizamnamələri» toplusu çap edilmişdir.


Qazaxıstan Parlamentinin və onun iki palatasının, Qırğızıstan Joqorku Keneşinin, Özbəkistan Senatının və Qanunvericilik Palatasının, Türkiyə Böyük Millət Məclisinin daxili nizamnamələrinin, eləcə də Türkmənistan Məclisi haqqında qanunun Azərbaycan dilində mətnləri daxil edilmişdir.

Bir neçə il öncə çapdan çıxmış «Türkdilli ölkələrin konstitusiyaları» toplusu, eləcə də «Parlament terminləri sözlüyü» nəşri ilə birlikdə bu kitab türkdilli ölkələrin parlamentlərinin statusu, səlahiyyətləri, formalaşdırılması qaydası, daxili fəaliyyət prosedurları və digər məsələlər barəsində dolğun təsəvvür yaradır.

Parlamentlərarası əməkdaşlığın inkişafına kömək göstərmək məqsədi ilə hazırlanmış yeni nəşr millət vəkilləri, dövlət qulluqçuları, qanunvericilik və beynəlxalq əlaqələr sahəsində araşdırmalar aparan alimlər, mütəxəssislər, həmçinin tələbələr üçün maraqlı olacaqdır. Kitab TİKA qurumunun maddi dəstəyi ilə hazırlanmış və çap edilmişdir.