Qazaxıstan Parlamenti Konstitusiyaya dəyişiklikləri qəbul edib
08.03.2017 16:44
6 mart 2017-ci il tarixində Qazaxıstan Respublikasının Parlamenti ölkənin ali qanunverici orqanının hər iki palatasının birgə toplantısında Qazaxıstan Respublikasının Konstitusiyasına əlavə və dəyişikliklərin təqdim edilməsinə dair qanun layihəsini qəbul etmişdir.
Qanun Konstitusiyanın Prezident, Parlament və Hökumətin səlahiyyət bölgüsünə yönəlmiş 19 maddəsinə edilmiş 26 dəyişikliyi nəzərdə tutur. Dəyişikliklər xalqın liderinin “100 real addım” planının həyata keçirilməsinə yönəlib. Prezidentin sosial və iqtisadi sahədə öhdəliklərinin əsas hissəsi hökumətə həvalə ediləcəkdir.
Gözlənilən dəyişikliklər ölkənin Konstitusiya Şurası, Baş Prokurorluq, Hüquq Mühafizə Orqanları Akademiyası, Həmkarlar İttifaqı Federasiyası, Hüquqşünaslar Birliyi, Ədliyyə Nazirliyinin Hüquqi Ekspertiza Mərkəzi, Qazaxıstan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Milli Tədqiqat İnstitutu, eləcə də bir sıra QHT-lərin iştirakı ilə müzakirə edilmişdir.
Dəyişikliklər həmçinin konstitusiya səviyyəsində hakimiyyət qolları arasında əlaqələrin balanslaşdırılması məsələsinə də aiddir. İnsan hüquqları və əsas azadlıqların müdafiəsinin yeni səmərəli mexanizmləri yaradılmışdır.
“Konstitusiya islahatı, ilk növbədə güclü prezident hakimiyyəti saxlanılmaqla, demokratiyanın daha da inkişaf etdirilməsi, xalq hakimiyyət sütununun möhkəmləndirilməsi, Parlament və Hökumətin öhdəliklərinin artırılmasıdır”deyə Qazaxıstan Parlamenti Məclisinin və TürkPA-nın fəaliyyətdə olan Sədri cənab Nurlan Niqmatulin bildirmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar