A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Bişkekdə bir sıra əhəmiyyətli görüşlər keçirilmişdir - Turk-PA.org
Wednesday, 12 August 2020, 02:25:21 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Bişkekdə bir sıra əhəmiyyətli görüşlər keçirilmişdir

22.02.2017 13:26
“Türk əməkdaşlığı institutlarının görüləcək çox işləri vardır” deyə TürkPA Baş katibi Jandos Asanov Qırğız-Türk Manas Universitetində müəllim və tələbələrlə keçirilən görüşü zamanı qeyd etmişdir. J. Asanov Türkdilli ölkələr arasında hələ də kifayət qədər qarşılıqlı informasiya axınının olmadığına diqqət çəkmiş və bildirmişdir ki, böyük informasiya axını daha çox inteqrasiya deməkdir.


Universitetin Rektoru cənab Sebahettin Balcı gələcək aylarda Qırğızıstanın TürkPA-da gözlənilən Sədrliyinin başlayacağını nəzərə alaraq, TürkPA ilə birgə bir sıra tədbirlərin həyata keçirilməsinə hazır oluğunu ifadə etmişdir. Universitet Rektoruun birinci müavini cənab Asılbek Kalmurzayev və Universitet rəhbərliyinin digər üzvləri müzakirələrdə iştirak etmişdir.

Baş katib Qırğızıstan Respublikasının Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında etdiyi çıxışında tarixi köklər, mədəniyyət və dil ümumiliyinə əsaslanan bir sıra təşkilatların mövcudluğunu qeyd etmişdir. O bildirmişdir ki, TürkPA BMT-nin Nizamnaməsində təsbit edilmiş norma və prinsiplərə uyğun olaraq fəaliyyət göstərir.

J. Asanov həmçinin Universitetin Rektoru cənab Talaybek Kıdırov ilə ikitərəfli söhbət etmişdir. Görüşdə Qırğızıstan Respublikası Milli strateji Araşdırmalar İnstitunun Direktoru cənab Azamat Dikambayev ilə əhəmiyyətli fikir mübadiləsi baş tutmuşdur. TürkPA Baş katibi Türk əməkdaşlığı institutlarının region ölkələri arasındakı əlaqələrin gücləndirilməsində əlavə stimul olduğunu da vurğulamışdır.

Bişkekdə keçirilən görüşlərdə həmçinin TürkPA Baş katibinin müavini Altınbek Mamayusupov iştirak etmişdir.



mediamanas.kg