A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

QDİƏT PA Baş katiblərin toplantısını keçirmişdir - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:15:29 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

QDİƏT PA Baş katiblərin toplantısını keçirmişdir

07.02.2017 17:01
6 fevral 2017-ci il tarixində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında müşahidəçi statusu olan Parlamentlərarası Beynəlxalq təşkilatların Baş katiblərinin iştirakı ilə QDİƏT PA üzv parlamentlərinin Baş katiblərinin toplantısı keçirilmişdir. Toplantının əsas mövzusu “Parlament Assambleyaları arasında əməkdaşlıq və Qara dəniz regionu ölkələrinin problemləri” olmuşdur.


TürkPA Baş katibinin müavini Fuad Ələkbərov toplantıda iştirak etmiş və TürkPA-nın QDİƏT PA-da müşahidəçi statusu çərçivəsində iki təşkilatın əməkdaşlığının əsas aspektlərinə dair çıxış etmişdir.

Fuad Ələkbərov həmçinin iştirakçılara TürkPA-nın fəaliyyətləri haqqında məlumat vermişdir. Baş katibin müavini nəqliyyat sahəsində TürkPA-nın QDİƏT PA ilə əməkdaşlığa hazır olduğunu qeyd etmişdir, belə ki, həm Türk ölkələri, həm də Qara dəniz regionu qədim İpək Yolu marşrutunun əsas hissəsini təşkil edir və təşkilatların institutlaşdırılmış əməkdaşlığı ölkələr arasında nəqliyyat-tranzit potensialının istifadəsini asanlaşdıracaq.