A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Ankarada Memar Sinan Beynəlxalq Olimpiadasının yekun layihələrinin təqdimatı keçirilmişdir - Turk-PA.org
Saturday, 08 August 2020, 01:49:11 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Ankarada Memar Sinan Beynəlxalq Olimpiadasının yekun layihələrinin təqdimatı keçirilmişdir

02.02.2017 16:26
27 yanvar 2017-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk dünyası Mühəndislər və Memarlar Birliyi tərəfindən Memar Sinan Beynəlxalq Layihə Olimpiadasının yekun təqdimatı keçirilmişdir.


Türkiyənin Ətraf mühit və Urbanizasiya naziri cənab Mehmet Ceylan öz çıxışında milli və beynəlxalq səviyyədə nümayəndələri olan Birliyin əsas məqsədinin Türk dünyası və əlaqədar birliklərin inkişafını təmin edəcək layihələrin hazırlanması olduğunu qeyd etmişdir.

Cənab Ceylan qeyd etmişdir ki, Birlik yarandıqdan sonra 15 il ərzində beynəlxalq və yerli səviyyədə müxtəlif fəaliyyətlər təşkil edilmişdir. Bu cür fəaliyyətlərin davamı olaraq 7-ci Urbanizasiya Konqresi Bakıda keçiriləcəkdir.

Dəmiryolu layihələri haqqında məlumat verən Türkiyə Dövlət Dəmiryollarının baş meneceri İsa Apaydın qeyd etmişdir ki, tarixi və mədəni əlaqələr Qars-Tbilisi-Bakı dəmiryolu, Ankara-Sivas sürətli dəmiryolu, Marmara və Yavuz Selim Körpüsü vasitəsilə inkişaf edəcək.

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin Prezidenti cənab Arif Özkaldı həmçinin bildirmişdir ki, 2002-ci ildə yaradılan Birliyin nəinki Türkiydə, dünyanın 36 ölkəsində nümayəndəlikləri vardır.
Çıxışlardan sonra 5 kateqoriyada müxtəlif yekun layihələrin adları elan edilmişdir.

TürkPA Baş katibinin müavini Kürşad Melih Sarıarslan və Komissiya katibi Emin Həsənov toplantıda iştirak etmişdir.