A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TürkPA-nın yeni inzibati binası açıldı - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:36:54 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TürkPA-nın yeni inzibati binası açıldı

22.12.2016 16:12
TürkPA Katibliyinin yeni inzibati binasının açılış mərasimi Türkdilli Ölkələrin Parlament Assambleyasına (TürkPA) üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə 22 dekabr 2016-cı il tarixində baş tutmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fəxri spikerləri qəbul etmişdir.
Azərbaycan Milli Məclisinin Sədri cənab Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisinin və TürkPA-nın fəaliyyətdə olan Sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin Sədri cənab Çınıbay Tursunbekov və Türkiyə Böyük Millət Məclisinin Spikeri cənab İsmayıl Kahraman açılış mərasimində iştirak ediblər.

Assambleya Şurası Azərbaycan Prezidenti cənab İlham Əliyev, Qazaxıstan Prezidenti cənab Nursultan Nazarbayev, Qırğızıstan Prezidenti cənab Almazbek Atambayev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın göstərdikləri xidmətlərə görə TürkPA Medalları ilə təltif olunmasına qərar vermişdir.

Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) 21 noyabr 2008-ci il tarixində yaradılmışdır. Katiblik 2010-cu ildən etibarən Bakıda fəaliyyətə başlamışdır.

TürkPA Katibliyinin yeni binası Bakının Binəqədi rayonunun Ə.Rəcəbli və
S.S.Axundov küçələrinin kəsişməsində yerləşir. Katiblik Azərbaycan hökuməti tərəfindən bütün müasir avadanlıqla təchiz edimiş və onun fəaliyyəti üçün gözəl şərait yaradılmışdır.

Katibliyin yeni inzibati binasının açılışı TürkPA-nın fəaliyyətinin genişləndirildiyini sübut edir.