A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Almatada BMT-nin konfransı keçirildi - Turk-PA.org
Wednesday, 12 August 2020, 02:11:29 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Almatada BMT-nin konfransı keçirildi

14.12.2016 11:27
12-13 dekabr 2016-cı il tarixində Qazaxıstanın Almata şəhərində BMT-nin Mərkəzi Asiyada Preventiv Diplomatiya üzrə regional mərkəzinin təşkilatçılığı ilə “Preventiv Diplomatiyada parlamentarilərin rolu” adlı beynəlxalq konfrans keçirilmişdir.


Beynəlxalq tədbirdə Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Rusiya, Latviya və İtaliyadan olan parlamentarilər və ekspertlər iştirak etmişdir.
Seminarda təhlükəsizlik, su idarəetməsi, narkotik vasitələrin alqı-satqısı, Mərkəzi Asiya ölkələri arasında informasiya axını, eləcə də qeyd edilən məsələlərin həlli ilə bağlı regional parlamentlərarası əməkdaşlıq müzakirə edilmişdir.

Tədbirdə iştirak edən TürkPA Baş katibi Jandos Asanov TürkPA-nın məqsəd və vəzifələri, eləcə də onun bir sıra beynəlxalq və regional təşkilatlarla əlaqələri haqqında qısaca məlumat vermişdir. Cənab Asanov həmçinin toplantılardan birinə moderatorluq etmişdir.

TürkPA Baş katibi seminar çərçivəsində BMT Baş katibinin Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi cənab Petko Draqonov , parlament üzvləri və ekspertlərlə söhbət etmişdir.