A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Qırğızıstan Parlamentinin sədri TürkPA-nın fəaliyyətini müsbət qiymətləndirir - Turk-PA.org
Sunday, 09 August 2020, 00:33:44 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qırğızıstan Parlamentinin sədri TürkPA-nın fəaliyyətini müsbət qiymətləndirir

11.12.2016 01:23
11 dekabr 2016-cı il tarixində Türkdilli ölkələrin Parlament Assamleyası (TürkPA) Qırğızıstan Respublikasının Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı keçirilən ümumxalq səsverməsinin qısamüddətli monitorinqinə başlamışdır.


10 dekabrda Qırğızıstan Joqorku Keneşinin (Parlament) sədri Çınıbay Tursunbekov Qazaxıstan Parlamentinin üzvü cənab Nurlan Dulatbekovun başçılığı ilə Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentarilərindən ibarət müşahidəçi missiyasını qəbul etmişdir. Qırğızıstan Parlamentinin spikeri ortaq tarixi köklərə malik qardaş ölkələr arasında əlaqələrin möhkəmləndirilməsində TürkPA-nın rolunu müsbət qiymətləndirmiş və Assambleyanın fəaliyyət çərçivəsinin genişləndirilməsində cari Qazaxıstan sədrliyinin işinin əhəmiyyətini qeyd etmişdir.