A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

ATƏT-in 23-cü Nazirlər Şurası - Turk-PA.org
Saturday, 08 August 2020, 01:37:04 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

ATƏT-in 23-cü Nazirlər Şurası

11.12.2016 01:10
8-9 dekabr 2016-cı il tarixində ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın Xarici İşlər Naziri Frank-Uolter Steynmeyerin başçılığı ilə Hamburq şəhərində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 23-cü iclası keçirilmişdir.
İki gün davam edən iclasda 2016-cı ildə Almaniyanın ATƏT-ə sədrliyi ərzində həyata keçirilən fəaliyyətlər, eləcə də ATƏT bölgəsində mövcud olan konfliktlərlə bağlı məsələlərə diqqət çəkilmişdir.

Şura həmçinin ATƏT-in 2017-ci ildə sədrliyi qəbul edəcək Avstriya ilə gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirmişdir.

ATƏT-in Almaniya sədrliyinin dəvəti ilə TürkPA Baş katibinin müavini Kürşad Melih Sarıarslan iclasda qonaq qismində iştirak etmişdir. TürkPA 2013-cü ildən ATƏT-in Nazirlər Şurasının iclaslarında qonaq olaraq iştirak edir.