A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

QDİƏT PA-nın Plenar Sessiyası keçirildi - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:18:56 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

QDİƏT PA-nın Plenar Sessiyası keçirildi

02.12.2016 11:21
30 noyabr – 1 dekabr 2016-cı il tarixləri arasında Serbiyanın paytaxtı Belqrad şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının 48-ci Plenar Sessiyası keçirilmişdir. Sessiyaya Serbiya Respublikası Milli Assambleyasının Spikeri xanım Maya Qoykoviç sədrlik edirdi.


Azərbaycan və Türkiyədən olan nümayəndə heyətləri də daxil olmaqla QDİƏT PA üzv ölkələrinin nümayəndələri, eləcə də QDİƏT PA - nın müşahidəçi təşkilatları və tərəfdaş qurumlar toplantıda iştirak etmişdir.

Parlamentarilər 48-ci Plenar Sessiyanın mövzusu olaraq “QDİƏT üzv ölkələrində islahatlar – Milli Parlamentlərin rolu” nu müzakirə etmişdir.

1 dekabrda Sessiyanın bağlanışında QDİƏT PA-da Prezidentlik Türkiyə Böyük Millət Məclisinə təhvil verilmişdir.

Toplantıda TürkPA Baş katibinin müavini Fuad Ələkbərov müşahidəçi qismində iştirak etmişdir.