A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

MDB Parlamentlərarası Assambleyasının 45-ci Plenar Sessiyası - Turk-PA.org
Saturday, 08 August 2020, 23:51:59 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

MDB Parlamentlərarası Assambleyasının 45-ci Plenar Sessiyası

28.11.2016 17:45
25 noyabr 2016-cı il tarixində Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının 45-ci Plenar Sessiyası baş tutmuşdur. RF Dövlət Dumasının Federasiya Şurasının Sədri Valentina Matviyenko toplantıya sədrlik edirdi.


Tədbirdə Azərbaycan, Qazaxıstan və Qırğızıstan nümayəndə heyətləri müvafiq olaraq Azərbaycan Respublikası Milli Məclisinin Sədri Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Məclisinin Sədri, TürkPA-nın Fəaliyyətdə olan Sədri Nurlan Niqmatulin, Qazaxıstan Parlamenti Senatının Sədri Kasım-Jomart Tokayev və Qırğızıstan Joqorku Keneşinin Sədri Çınıbay Tursunbekov təşkilatın digər üzvləri ilə birgə iştirak etmişdir.

Sessiya çərçivəsində Qırğızıstanın tanınmış şair, yazıçı, publisist və jurnalisti Şaylubek Duyşeyev MDB PA-nın Çingiz Aytmatov adına mükafatı ilə təltif edilmişdir.

TürkPA Baş katibinin müavini Altınbek Mamayusupov sessiyada qonaq qismində iştirak etmişdir.