A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türkologiyada aktual tərcümə məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:48:58 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkologiyada aktual tərcümə məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir

10.11.2016 12:03
Türk Akademiyasının təşkilatçılığı ilə 9 – 12 noyabrda Astanada Avrasiya Kitab Sərgisi – 2016 çərçivəsində “Türkologiyada aktual tərcümə məsələlərinə” həsr edilmiş açıq seminar-konfrans keçirilmişdir.


Türk Akademiyasının Prezidenti Darxan Kıdırali öz açılış nitqində linqvistik tərcümənin müxtəlif sivilizasiyaların inkişafında rolu ilə bağlı maraqlı məlumat vermişdir.

Tədbirdə tanınmış dövlət xadimi və türkoloq Mirzatay Yoldaşbekov, Türk Keneşi Ağsaqqallar Şurasının üzvü professor Adil Axmetov, Nazarbayev Universitetinin professoru, Türkoloq Yulay Şamiloğlu, TürkPA Sosial, Mədəni və Humanitar məsələlər Komissiyasının keçmiş Sədri Qarifolla Yesim və başqa alimlər çıxış edərək müzakirələrdə iştirak etmişdir. Həmçinin Türk Akademiyası tərəfindən nəşr edilmiş bir sıra elmi kitabların rəsmi təqdimatı keçirilmişdir.

Tədbirdə iştirak edən TürkPA Baş katibi Jandos Asanov öz çıxışında TürkPA-nın tərcümə məsələlərinə önəm verdiyini və bu sahədə həyata keçirilən bütün işləri dəstəklədiyini bildirmişdir.