A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Azərbaycanda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd hadisələri müzakirə edilmişdir - Turk-PA.org
Wednesday, 12 August 2020, 02:26:30 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Azərbaycanda Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhd hadisələri müzakirə edilmişdir

01.11.2016 15:42
31 oktyabr 2016-cı il tarixində Bakıda Yunus Əmrə Bakı Mədəniyyət Mərkəzi və TürkPA-nın təşkil etdiyi “Xalqın Səsi, Ədalətin Zəfəri” adlı birgə tədbirdə Türkiyədə baş vermiş çevriliş cəhdi ilə bağlı hadisələr müzakirə edilmişdir.


Tədbirdə Türkiyənin Bakıdakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Erkan Özoral, TürkPA-nın Baş katibi cənab Jandos Asanov, Azərbaycan Milli Məclisindən olan millət vəkilləri Şəmsəddin Hacıyev, Musa Qasımlı, Qənirə Paşayeva, akademiklər iştirak etmişdir. Tədbirin açılışında şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edildikdən və milli himnlər səsləndikdən sonra Prezident Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan-Türkiyə” şeiri səsləndirilmişdir.

Tədbirdə çıxış edən Baş katib Jandos Asanov Türkdilli Respublikaların müstəqilliyinin 25 illiyi münasibətilə öz təbriklərini çatdırmış və Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdi ilə əlaqədar TürkPA-nın hər zaman Türkiyəyə dəstək olduğunu ifadə etmiş, eləcə də üzv ölkələrin dövlət başçılarının türk xalqı və dövlətinin yanında olduğunu vurğulamışdır.