A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Qazax Elinin müstəqillik dərsləri - Turk-PA.org
Saturday, 08 August 2020, 00:36:58 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qazax Elinin müstəqillik dərsləri

26.10.2016 12:55
Dünyada, xüsusilə Türk dünyasında “Avrasiyanın ürəyi” kimi tanınan Qazax Elinin müstəqillik qazanmasından iyirmi beş il keçir.

Və bu iyirmi beş ildə qazax xalqı milli lider Nursultan Nazarbayevin rəhbərliyi ilə elə bir möhtəşəm tarix yaşadı ki, artıq Qazax Elinin müstəqilliyinin əbədiliyinə heç kəsdə zərrə qədər də olsa şübhə yoxdur.


Hər şeydən əvvəl ona görə ki, ölkə özünün zəngin iqtisadi, ictimai-siyasi və mədəni-mənəvi potensialına əsaslanaraq özünəməxsus davamlı, inamlı inkişaf yoluna çıxa bildi ki, bu yolu prezident Nursultan Nazarbayev öz məşhur kitabı ilə bütün dünyaya tamamilə haqlı olaraq (və böyük qürurla!) məhz “Qazaxıstan yolu” kimi təqdim etdi.

Qazax Elinin müstəqillik tarixi azadlıq yoluna çıxmış hər bir xalq, ölkə, dövlət üçün nümunəvi bir məktəbdir. Və onun dərsləri, elə bilirəm ki, diqqətlə öyrənilməyə, təcrübəsi mənimsənilib tətbiq olunmağa layiqdir.

Qazaxlar, ilk növbədə, qədim dövrlərdən gələn şərəfli tarixlərinə sahib çıxdılar. İdeoloji təzyiqlər altında unutdurulmağa çalışılmış etnik mənşələrini yalnız ayrı-ayrı ziyalıların deyil, bütöv bir xalqın yaddaşı, şüuru miqyasında bərpa etməklə mükəmməl bir millət olduqlarını sübuta yetirdilər. Qazax xanlığının yubileyinin beynəlxalq səviyyədə böyük coşqu, təntənə ilə keçirilməsi göstərdi ki, Qazax Eli heç də bəzilərinin səhv olaraq düşündüyü kimi keçən əsrdə, yaxud sosialist inqilabının təsiri ilə meydana çıxmış hadisə deyil, onun öz köklərini qədim türk dövründən – Altaylardan alan bir neçə min illik tarixi vardır. Və bu tarixin ən azı son beş yüz ili qazaxların birbaşa özlərinə məxsus olub, xalqın kifayət qədər güclü, möhkəm, çevik dövlət quruculuğu istedadının (və əsrlər boyu qazanılmış təcrübənin) məhsuludur. Həm qazaxların, həm də siyasi müstəqilliyi olmayan digər türk xalqlarının yeni dövrün əvvəllərindən etibarən müstəmləkəyə çevrilməsi ona gətirib çıxardı ki, tarixi əraziləri, etnik coğrafiyaları zaman-zaman zəbt edildi, əhalisi müxtəlif bəhanələrlə repressiyalara uğradıldı, milli mədəniyyət (yaddaş!) zədələndi... Ona görə də iyirmi beş illik müstəqilliyinin çox illərinin tarixi təfəkkürün (və təcrübənin) bərpasına həsr olunması, milli mütəşəkkilliyin təmin edilməsinə ayrılması heç də təsadüfi deyildi.

Qazax Elinin müstəqilliyinin verdiyi ikinci dərs, heç şübhəsiz, Türk dünyası ilə bir vaxtlar qırılmış əlaqələrin ən yüksək səviyyədə yenidən qurulması oldu. Türkiyə, Azərbaycan, Özbəkistan, Türkmənistan, Qırğızıstan kimi ölkələrlə Qazax Elinin yaratdığı səmimi qardaşlıq münasibətləri istər iqtisadi, istər siyasi, istərsə də mədəni sahələrdə böyük perspektivlərə malikdir. Qazax Elinin müstəqilliyinin banisi (və qarantı) Nursultan Nazarbayevin neçə illərdir ki, Türk dünyasının ağsaqqalı olaraq qəbul edilməsi, bir tərəfdən, böyük dövlət xadiminin tarixi şəxsiyyətinin göstəricisidirsə, digər tərəfdən, qazax xalqının milli dövlətçilik təfəkkürünün nə qədər dərin qatlardan gəldiyinin nəticəsidir.

Və o da təsadüfi deyil ki, türkləri – Türk dünyasını bütün yönləri ilə araşdırıb öyrənən ən böyük “beyin mərkəzi” – Beynəlxalq Türk Akademiyası da Astanada yaradılmışdır. Həmin Akademiya dostumuz, böyük alim Prof. Dr. Kıdırali Darxanın başçılığı ilə qısa müddətdə xeyli dəyərli işlərə imza atmışdır.

Qazax Elinin müstəqilliyinin verdiyi üçüncü dərs ölkənin ümumən dünyada nail olduğu beynəlxalq nüfuzdan ibarətdir. Həm regionda, həm də regiondan kənarda yürüdülən mükəmməl, əsaslandırılmış (və səmimi!) diplomatik siyasət transmilli qarşılıqlı etimad, birgə yaşayış normalarına riayət örnəyidir. Və bugün paytaxt Astanada müxtəlif ölkələrə məxsus ekzotik tikililəri seyr etdikcə yalnız sözdə yox, birbaşa işdə əmin olursan ki, qazax xalqı, Qazax Eli öz milli mənliyini qoruyub inkişaf etdirməklə yanaşı, dünya xalqları, ölkələrilə çoxtərəfli əlaqələrə xüsusi önəm verir... Elə bir beynəlxalq təşkilat təsəvvür etmək mümkün deyil ki, qazaxların qurduqları dövlət orada orada təmsil olunub öz mənafelərini ardıcıl olaraq müdafiə etməsin, yaxud dünya birliyinə, qlobal proqresə töhfələrini verməsin.

Qazax Elinin müstəqillik dərsləri, təbii ki, qazax xalqı, onun yenilməz, müdrik lideri prezident Nursultan Nazarbayev tərəfindən iyirmi beş ilin hər bir ilində nümayiş etdirilmiş güclü, enerjili tarixi iradənin məhsuludur. Və dövlət başçısı başda olmaqla qazax xalqını bu möhtəşəm iradəyə görə ürəkdən təbrik etmək üçün hər cür əsas vardır!.. Mübarək olsun!..

Prof. Dr. Nizami Cəfərov,
Azərbaycan millət vəkili,
TürkPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü