A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TürkPA-nın Fəaliyyətdə olan Sədri Parlamentlərarası İttifaqın 135-ci Assambleyasında çıxış etmişdir - Turk-PA.org
Sunday, 09 August 2020, 01:13:07 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TürkPA-nın Fəaliyyətdə olan Sədri Parlamentlərarası İttifaqın 135-ci Assambleyasında çıxış etmişdir

25.10.2016 12:29
Qazaxıstan Respublikası Parlamenti Məclisinin (Aşağı Palata) Sədri, TürkPA-nın Fəaliyyətdə olan Sədri cənab Nurlan Niqmatulin Cenevrədə keçirilən 2016-cı il oktyabrın 20-də başlayan və 26-na qədər davam edəcək Parlamentlərarası İttifaqın 135-ci Assambleyasında çıxış etmişdir.


Cənab Niqmatulin ümumi müzakirələr çərçivəsində insan hüquqları və fundamental hüquqların sülh və rifahın mühüm amili olaraq bütün dövlətlər və xalqlar arasında dostluq münasibətlərinin inkişafı və əməkdaşlığın təmin edilməsində zəruri olduğunu vurğulamışdır.

“Bu il Qazaxıstan müstəqilliyinin 25 illiyini qeyd edir. Nisbətən qısa müddət ərzində bizim ölkəmiz birinci Prezident Nursultan Nazarbayevin başçılığı ilə siyasi və sosial-iqtisadi islahatların həyata keçirilməsində diqqətəlayiq nəticələr əldə etmişdir. Vətəndaşların seçki hüquqlarının, təmsilçilik, gender bərabərliyi və insan hüquqlarının təmin edilməsində böyük işlər görülmüşdür” deyə cənab Niqmatulin qeyd etmişdir.

Məclis Sədrinin dediyi kimi, Qazaxıstanda insan hüquqlarının qorunması üzrə dinamik inkişaf edən milli sistem yaradılmış və Qazaxıstan Respublikası Prezidenti yanında insan hüquqları Komissiyası da onun əsas hissələrindən biridir.

Nurlan Niqmatulin həmçinin xatırlatmışdır ki, Qazaxıstan milli qanunvericiliyin yaxşılaşdırılması sahəsində bir sıra islahatlar həyata keçirmişdir və bu da bir daha onu göstərir ki, ölkə demokratiya və insan hüquqlarının təmin edilməsi prinsiplərinə sadiqdir.