A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Vətən və Qlobal Təhlükəsizlik Forumu - Turk-PA.org
Saturday, 08 August 2020, 02:03:25 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Vətən və Qlobal Təhlükəsizlik Forumu

24.10.2016 12:52
19-21 oktyabr 2016-cı il tarixində İsveçrə Beynəlxalq QHT-ı – Krans Montana Forumunun təşkilatçılığı ilə Brüsseldə Vətən və Qlobal Təhlükəsizlik Forumu keçirilmişdir. TürkPA da toplantının təşkilatçıları arasında idi.


3 gün davam edən toplantı rəsmilər və Avropa, Asiya və Afrikadan olan iştirakçıları cəlb etmişdir. “Böhran dünyamızda öz dayanıqlılığını itirir” və “21-ci əsr ipək yolları: qlobal ticarət və qlobal təhlükəsizlik” mövzulu paneldə davam etməkdə olan regional münaqişələr fonunda qlobal iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi məsələləri müzakirə edilmişdir. Tədbirin bu hissəsi Çin Xalq Respublikasının İpək Yolu Beynəlxalq Ticarət Palatasının təşkilatçılığı ilə keçirilmişdir.

“21-ci əsr ipək yolları: qlobal ticarət və qlobal təhlükəsizlik” mövzulu paneldə çıxışı zamanı TürkPA Baş katibi Jandos Asanov TürkPA üzv ölkələrinin 2013-cü ildə Çin tərəfindən həyata keçirilən “Bir Kəmər Bir Yol” təşəbbüsünü dəstəklədiyini qeyd etmişdir. Baş katib eyni zamanda bildirmişdir ki, tarixən TürkPA ölkələrinin yerləşdiyi ərazi Böyük İpək Yolunun əsas hissəsi kimi, eləcə də Şərq və Qərb arasında körpü olaraq xidmət etmişdir və bunu nəzərə alaraq bu ölkələr öz nəqliyyat və tranzit potensialından istifadə etmək marağındadır. J. Asanov çıxışını yekunlaşdıraraq bildirmişdir ki, Avrasiya İqtisadi Birliyində Qazaxıstan və Qırğızıstanın üzvlüyü və 1995-ci ildən bəri Avropa İttifaqının Gömrük Birliyində Türkiyənin üzvlüyü regionlar və regional ticarət blokları arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın inkişafına tövhə verəcək.

Forum çərçivəsində J. Asanov Krans Montana Forumunun Məsləhət Şurasının Sədri Daniel Uorner, Çin Xalq Respublikasının İpək Yolu Beynəlxalq Ticarət Palatasının ilk Sədri Jianjonq Lu, eləcə də digər iştirakçılarla danışmışdır.

TürkPA Baş katibi Jandos Asanov və Krans Montana Forumunun Prezidenti Pyer-Emanuel Kirin öz təşkilatları adından Anlaşma Memorandumu imzalamışdır.