A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Ankarada Türkdilli ölkələrin müstəqilliyinin 25 illiyinə həsr olunmuş simpozium keçirilmişdir - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:35:48 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Ankarada Türkdilli ölkələrin müstəqilliyinin 25 illiyinə həsr olunmuş simpozium keçirilmişdir

07.10.2016 11:58
6 oktyabr 2016-cı il tarixində Ankarada “Türkdilli ölkələr müstəqilliyinin 25-ci ildönümündə” adlı beynəlxalq simpozium öz işinə başlamışdır. Tədbir Türkiyənin Beynəlxalq Əməkdaşlıq və inkişaf Agentliyi (TİKA), Türk Tarix Təşkilatı (TTK), Ankara Siyasi və İqtisadi Araşdırma Mərkəzi (ASEM) kimi Türkiyə dövlət qurumları, eləcə də Türk əməkdaşlığı qurumları olaraq Türk Şurası, TürkPA, Türk Akademiyası və TURKSOY ilə əməkdaşlıq cərçivəsində Əhməd Yəsəvi Beynəlxalq Qazax-Türk Universiteti tərəfindən təşkil edilmişdir.


Əhməd Yəsəvi Beynəlxalq Qazax-türk Universiteti Qəyyumlar Şurasının Sədri cənab Musa Yıldız açılış nitqi ilə toplantı iştirakçılarını salamlamışdır.

Qazaxıstan Respublikası Parlamenti Məclisinin ( Aşağı Palata) üzvü, TürkPA-nın Fəaliyyətdə olan Sədrinin nümayəndəsi cənab Sauytbek Abdraxmanov açılış mərasimində etdiyi çıxış zamanı suveren dövlət olaraq mövcudluğunun ilk vaxtlarından Qazaxıstanın böyük dəyişiklikləri asanlaşdıran uzaqgörən siyasət yürütdüyünü bildirmişdir. Millət vəkili qeyd etmişdir ki, Türkiyə Qazaxıstanın müstəqilliyini tanıyan ilk dövlətdir. O dəstək və səmimiyyətinə görə Türk xalqına öz minnətdarlığını bildirmişdir.

“Diplomatik Perspektiv: Türkiyə Respublikası – Türk Respublikalarının əlaqələri” mövzusuna dair sessiya zamanı Azərbaycanın səfiri Faiq Bağırov, Qazaxıstan səfiri Canseyit Tuymebayev, Qırğızıstan səfiri İbrahim Yunusov, Özbəkistan səfiri Ulfat Kadırov Türkmənistan səfiri İshankul Amanliyevlə birgə 25 illik müstəqilliyi ərzində ölkələrinin Türkiyə ilə əlaqələri haqqında məlumat vermişdir.

Simpoziumda Yəsəvi İncəsənət Cəmiyyəti konsert vermişdir.