A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TürkPA-nın fəaliyyətdə olan sədri parlament sədrlərinin 4-cü ümumdünya konfransında iştirak etmişdir - Turk-PA.org
Sunday, 09 August 2020, 00:15:47 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TürkPA-nın fəaliyyətdə olan sədri parlament sədrlərinin 4-cü ümumdünya konfransında iştirak etmişdir

03.09.2015 11:31
31 avqust – 2 sentyabr 2015-ci il tarixlərində Azərbaycan Respublikası Milli Məclisin sədri - TürkPA-nın fəaliyyətdə olan sədri cənab Oqtay Əsədov Nyu-Yorkda təşkil olunan Parlament sədrlərinin 4-cü Ümumdünya Konfransında nümayəndə heyəti ilə iştirak etmişdir.


BMT-nin mənzil qərargahında keçirilən tədbirdə parlament sədrlərinin keçmiş konfranslarının əsas tövsiyələrinin tətbiqi və beynəlxalq əməkdaşlıqda parlament meyarının artması, qanunverici orqanların işində gender bərabərliyinin təşviqi, yeni davamlı inkişaf hədəflərinin formalaşdırılmasında və tətbiqində parlamentin rolu və digər mövzularda fikir mübadiləsi aparılmışdır.

Oqtay Əsədov konfransda çıxış etmişdir. Spiker konfransın təşkilatçılarının bu təşəbbüsünü yüksək qiymətləndirərək belə tədbirlərin bütün dünyada sülhün və davamlı inkişafın təmin edilməsi işində parlamentlərin əməkdaşlığı üçün şərait yaratdığını vurğulamışdır.

Səfər çərçivəsində Milli Məclisin Sədri Oqtay Əsədov Çexiya parlamenti Deputatlar Palatasının sədri Yan Hamaçek, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Ann Brasser, İran Məclisinin sədri Əli Laricani və Albaniya parlamentinin vitse-spikeri Valentina Leskay ilə görüşmüşdür.

Konfransda 140 ölkəni təmsil edən 138 parlament spikeri və 39 spiker müavini iştirak etmişdir. Nümayəndə heyətində TürkPA Katibliyindən baş katibin müavini Fuad Ələkbərov təmsil edilmişdir.