A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA baş katibi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Ağsaqqallar Şurasının 9-cu qurultayında iştirak etmişdir - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:25:06 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA baş katibi Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Ağsaqqallar Şurasının 9-cu qurultayında iştirak etmişdir

11.08.2015 13:07
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının Ağsaqqallar Şurasının 9-cu qurultayı 6-7 avqust 2015-ci il tarixində Qəbələdə keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri cənab Fəttah Heydərov, həmçinin Qazaxıstan Respublikasının Parlamenti Senatının keçmiş deputatı, səfir cənab Adil Axmetov və Türkiyə Böyük Millət Məclisinin üzvü cənab Mustafa İsen iştirak etmişdirlər. Qırğızıstan Respublikasının Ağsaqqallar Şurasının üzvü cənab Beksultan Jakiyevin adından Qırğızıstanın Bakıdakı səfiri cənab Aycigit Buranov iştirak etmişdir. Həmçinin TÜRKPA baş katibi cənab Jandos Asanov da qurultaya dəvət almışdır.
Tədbirdə müxtəlif təklifləf, ö cümlədən Beynəlxalq Türk Akademiyası tərəfindən orta məktəbin 8-ci sinif şagirdləri üçün hazırlanmış tarix dərsliklərinin ümümi proqramı və Türk Dövlətlərinin İnteqrasiya Konsepsiyası müzakirə edilmişdir. Eyni zamanda 2016-cı ildə Qırğızıstanda 2-ci Köçəri Oyunlarının keçirilməsi, Beynəlxaql Türk İdman Oyunlarının, Türk Şurası İdman Oyunları Universitetinin təşkili, bundan başqa Köçəri Mərkəzi və Diaspora Mərkəzlərinin təsisi bağlı tövsiyyələr Şura üzvləri tərərfindən qəbul edilmişdir. Türkdilli Əməkdaşlıq Şurasının müşahidəçilər missiyasının üzv ölkələrində keçirilən seçkilərdə aktiv iştirakı da qiymətləndirilmişdir.

Tədbirin sonunda tövsiyyə qərarlarını özündə əks etdirən və üzv ölkələrin prezidentlərinə təqdim ediləcək protocol qurultay iştirakçıları tərəfindən imzalanmışdır.

Ağsaqqallar Şurasının növbəti iclasının 2015-ci ilin oktyabr ayında Türkiyənin Sakarya şəhərində keçirilməsi qərara alınmışdır.