A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Baş Katib ATƏT-in Daimi Şurasında çıxış etmişdir - Turk-PA.org
Saturday, 08 August 2020, 01:57:27 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş Katib ATƏT-in Daimi Şurasında çıxış etmişdir

23.07.2015 22:12
23 iyul 2015-c il tarixində TÜRKPA Baş Katibi ATƏT-in Serbiya Sədrliyinin dəvəti ilə ATƏT-in Vyanada keçirilən Daimi Şurasının iclasında iştirak etmişdir.


Cənab Asanov Daimi Şurada çıxış edərək Şura üzvlərinə TÜRKPA-nın fəaliyyəti, gələcək vəzifə və məqsədləri haqqında məlumat vermiş, eləcə də TÜRKPA-nın qarşılıqlı maraq doğuran məsələlərə diqqət çəkməklə ATƏT və onun orqanları ilə sıx dialoqlarını davam etdirmək niyyətində olduğunu vurğulamışdır.

Cənab Asanov həmçinin çıxışında qeyd etmişdir ki, Türk əməkdaşlığının parlament ölçüsü olaraq, Assambleya ATƏT ilə üzv ölkələrdə sabit və davamlı inkişafın təmin edilməsinə yönəlmiş eyni məqsəd və prinsipləri bölüşür.

Vyanaya səfəri çərçivəsində cənab Asanovun ATƏT-in Daimi Şurasının Sədri səfir Vuk Zugik, Azərbaycan səfiri Qalib İsrafilov, Qırğızıstan səfiri Ermek İbrahimov, Lüksemburqun səfiri, Avropa Birliyinin ATƏT-dəki nümayəndə heyətinin başçısı Hubert Vürs, Qazaxıstan, Türkiyə, Rusiya Federasiyası, Almaniya və Amerika Birləşmiş Ştatlarının rəsmi hümayəndə heyəti ilə görüşüb danışıqlar aparmaq imkanı olmuşdur.


Baş Katibin çıxışı

http://www.osce.org/pc/174141