A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Baş Katib ATƏT PA-nın İllik Sessiyasında iştirak etmişdir - Turk-PA.org
Saturday, 08 August 2020, 01:36:01 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş Katib ATƏT PA-nın İllik Sessiyasında iştirak etmişdir

13.07.2015 12:48
TÜRKPA Baş Katibi cənab Jandos Asanov ATƏT Parlament Assambleyasının Baş Katibinin dəvəti ilə ATƏT PA-nın 5-9 iyul 2015-ci il tarixlərində Helsinkidə keçirilən 24-cü illik Sessiyasında iştirak etmişdir. “Helsinki ruhunu yada salaraq” mövzusu altında keçirilən müzakirələr 1975-ci ildə Finlandiya paytaxtında imzalanmış ATƏT PA-nın təsis sənədi olan Helsinki Yekun Aktının 40 illiyinə həsr edilmişdir.

Sessiyada həmçinin Yekun Aktının ildönümü ilə bağlı təşkilati islahatlar üçün geniş ideyalar yaratmış Helsinki+40 layihəsinin nəticələrinə dair təqdimat nümayiş etdirilmişdir.

Sessiya çərçivəsində Baş Katib Asanov Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətləri ilə görüşlər keçirərək dörd nümayəndə heyətinin cari sessiya ərzində fəaliyyətlərinin əlaqələndirilməsinin əsas aspektlərini müzakirə etmişdir. Cənab Asanov ATƏT PA-nın cari Baş Katibi Spenser Oliver və təşkilatın 1 yanvar 2016-cı ildən fəaliyyətə başlayacaq yeni seçilmiş Baş Katibi cənab Roberto Montella ilə də görüşmüş, onu bu münasibətlə təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzu etmişdir.

Sessiya gündəminə həmçinin ATƏT PA-nın Baş Komitələrinə əməkdaşların seçilməsi ilə bağlı məsələlər də daxil edilmişdir. Azərbaycan nümayəndə heyətinin üzvü cənab Azay Quliyev Siyasi məsələlər və Təhlükəsizlik Komitəsinin Sədr müavini, Qırğızıstan nümayəndə heyətinin Sədri xanım Roza Aknazarova isə İqtisadi məsələlər, Elm, Texnologiya və Ətraf mühit Komitəsinin Sədri olaraq yenidən seçilmişdir.

Sessiya siyasi məsələlər. iqtisadiyyat, ətraf mühit və insan hüquqları sahəsində ATƏT və onun iştirakçı ölkələri üçün ATƏT PA-nın tövsiyyələrindən ibarət 2015-ci il Helsinki Bəyannaməsinin qəbul edilməsi ilə yekunlaşmışdır.