A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA Baş Katibinin Avropa Oyunlarına dair məqaləsi - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:57:11 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Baş Katibinin Avropa Oyunlarına dair məqaləsi

03.06.2015 16:18
12 iyun 2015 -ci il tarixində keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində TÜRKPA Baş Katibi Jandos Asanovun Oyunlara dair məqaləsi Azərbaycan KİV-i tərəfindən dərc edilmişdir.


TÜRKPA Baş Katibi Jandos Asanov
BİRİNCİ AVROPA OYUNLARI: XOŞMƏRAMLI BAXIŞ

Qlobal miqyaslı möhtəşəm hadisənin astanasındayıq. 12 və 28 iyun 2015-ci il tarixləri arasında Bakıda Birinci Avropa Oyunları baş tutacaq. 2012-ci ilin sonunda Avropa Olimpiya Komitəsinin Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı verdiyi qərardan sonra Azərbaycanda tez bir zamanda müvafiq hazırlıqlara başlanılmışdır. Xalqın həll edilməmiş münaqişə yükü və bundan irəli gələn böyük problemlərinin mövcud olduğu bir zamanda, vaxt məhdudiyyətinə baxmayaraq, ölkə son dərəcə çətin vəzifəni qəbul edərək bütün çətinliklərə sinə gərməyi bacardı. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı onu həmçinin cəlbedici idman hədəfinə çevirmişdir.

İdmanın inkişafı Azərbaycanda prioritet məsələlərdən biridir. Paytaxt şəhərdən əlavə rayon mərkəzlərində də gənc vətəndaşların fiziki tərbiyəsində və ümumilikdə ölkəmizdə idmanın davamlı inkişında rolu olan müasir idman obyektləri:üzgüçülük hovuzları, qapalı və açıq stadionlar və rekreasiya mərkəzləri vardır. Son zamanlarda Bədii Gimnastika üzrə Avropa Çempionatı daxil olmaqla 2009 və 2014-cü illər arasında Bakıda bir sıra beynəlxalq miqyaslı tədbirlər keçirilmişdir. Qusarda və Qəbələdə yeni istifadəyə verilmiş qış idman obyektləri bütün dünyadan turistləri cəlb etməkdə davam edir.

Birinci Avropa Oyunları müasirliklə birgə zəngin mədəni irsi bir araya gətirən Xəzərin incisi - Bakıda keçirilir. Yeni tikilmiş binalar – saray, mehmanxana və idman obyektləri müasir Azərbaycanın istək və ideyalarını təcəssüm etdirir.
Azərbaycan heç bir mədəni və dini mühakimələrin yükü altında qalmamaqla öz zəngin tarixi irsini qoruyaraq və hörmət edərək cəsarətlə gələcəyə baxır. Ona görə də Avropa Oyunları xoş məramdan ilham alan baxışın həyata keçirilməsi kimi qiymətləndirilməlidir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 18-19 may 2015-ci ldə Bakıda keçirilən Üçüncü Mədəniyyətlərarası Forumun açılışında etdiyi çıxışından sitat gətirmək yerinə düşərdi. “Bu oyuların təşkil edilməsinin böyük vəzifə olmasına baxmayaraq, Avropa Olimpiya Komitəsinin ilk Avropa Oyunlarının dünyada ilk dəfə olaraq Bakıda keçirilməsi ilə bağlı qərarı yaxın keçmişin ən ağıllı qərarlarından biri idi. Biz 600-dən çox Avropa atletini bir araya gətirəcəyik. Bu oyunlar təkcə böyük idman hadisəsi deyil, eyni zamanda dostluq və əməkdaşlığın göstəricisi, bizim üçün isə ölkəmizi və qonaqpərvərliyimizi nümayiş etdirmək üçün bir imkandır”

Avropa Oyunları nəinki, Azərbaycan və Avropa idman aləmində, eləcə də bütün Türk dünyasında əlamətdar hadisədir. Belə ki, bir türkdilli ölkənin kifayət qədər çətin bir vəzifənin öhdəsindən gəlməyi çox sevindirici haldır.
Türklər təbiətən mədəniyyət və dini cəhətdən təcrid olunmanı rədd edən bir millətdir. Sakit və Atlantik okeanları boyunca uzanan İslam, Buddizm, İuadizm, tenqri kimi müxtəlif dinlərə etiqad edən türk xalqları və icmalarının müxtəlif irqi və mədəni görünüş və xüsusiyyətləri vardır. Tarix boyu əsasən köçəri həyat tərzi keçirən türklər atlarla bağlı və digər milli idman növlərinə yaxın olmuşlar. Manas, Alpamis, Qobulandi, Er Tarqın, Koroğlu və Dədə Qorqud kimi zəngin ədəbi irsi olan türk dastanları (eposlar) mərdlik, igidlik və alicənablıq mücəssəməsi olaraq tərənnüm edilir.

Hal-hazırda idmanın müasir növlərinin inkişafı ilə milli idman növləri də dirçəlir. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyədə çövkən, kökpar, jeered, qız quu, audarıspaq (at üstündə güləşlər), jambu atu, asıq atu, toqızqumalaq, at yarışlarının müxtəlif növləri, surpapaq, çiling-ağac, toquz-korqool, ordo və başqa oyunlar üzrə mütəmadi yarışlar keçirilir. Qartal və şahin ilə ovçuluq yenidən dirçəlmişdir və dünyada rəğbət qazanmaqdadır.

Son illərdə türkdilli ölkələrdə idmanla bağlı tədbirlərin təşkil edilməsi dünyada idman sayəsində sülh və inkişafı təşviq etmək üçün onların geniş potensialının beynəlxalq səviyyədə tanınmasını sübut edir. 2011-ci ildə Qazaxıstanın evsahibliyində Yeddinci Qış Asiya Oyunları (Asiada), müvafiq olaraq 2011 və 2013-cü illərdə Türkiyədə İyirmi Birinci Qış Universiadası və On Yeddinci Aralıq dənizi Oyunları keçirilmişdir. Əlavə olaraq Bakı və İstanbulun Yay Olinpiya Oyunlarına, Almatının 2022-ci ildə Qış Olimpiya oyunlarının evsahibliyinə namizədliyi, eləcə də Qazaxıstan və Azərbaycanda 2017-ci ildə gözlənilən Qış Universiadası və İslam Həmrəyliyi Oyunları dünyada qlobal təhlükəsizik və ictimai dəstəyi təmin etməklə türkdilli ölkələrin gücünü bir daha təsdiqləyir.
Qırğızıstanda İssik-Kul gölünün sahilində 2014-cü ildə keçirilən Birinci Dünya Köçəri Oyunları milli mədəniyyət və idman ənənələrinin canlanması və qorunmasına böyük tövhə verməklə gözəl bir nümunə olaraq türk xalqları və icmaları üçün əlamətdar hadisə kimi tarixə düşdü. Köçəri oyunları Türk dünyasının birliyi və inteqrasiyasının möhkəmləndirilməsinə təkan verməklə Türk əcdadlarımızın əzəli ənənələri, mənəvi özünüdərki və tarixi yaddaşını dirçəltmiş oldu.
İdman aləmində bu cür qlobal hadisələrin baş verməsi əsasən ev sahibi olan ölkənin infrastrukturunun inkişafına birbaşa töhfədir.

Azərbaycanda hazırlıq mərhələsində bir sıra idman obyektlərinin və eyni zamanda nəqliyyat infrastrukturunun inşasına başlamışdır. Sağlam həyat tərzi, gəncliyin təhsili və davamlı inkişafın nəticəsi olaraq qazanılan nailiyyətlərin gələcək nəsillərə ötürülməsinin təbliğatına dair kütləvi təşviqat mövcuddur.
Azərbaycan bu cür təşəbbüsləri davam etdirmək niyyətindədəir. Belə ki, ölkədə 2017-ci ildə İslam Həmrəyliyi oyunları və 2020-ci ildə isə Avropa Futbol Çempionatının keçirilməsi planlaşdırılır.