A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

TÜRKPA nümayəndə heyəti ATƏT PA Katibliyini ziyarət etmişdir - Turk-PA.org
Wednesday, 12 August 2020, 01:11:59 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti ATƏT PA Katibliyini ziyarət etmişdir

27.05.2015 23:00
26 may 2015-ci il - Baş Katib Jandos Asanovun başçılığı ilə TÜRKPA nümayəndə heyəti ATƏT PA Beynəlxalq Katibliyini ziyarət məqsədilə Kopenhagenə işgüzar səfər etmişdir.


Nümayəndə heyəti ATƏT PA-nın Baş Katibi Spenser Oliver, Baş Katibin müavinləri Qustavo Pallares və Semyon Cakayev, Seçkilər üzrə Direktor Andreas Beyker və Kommunikasiya üzrə Direktor Riçard Solaşla görüşmüşdür. Baş Katib Spenser Oliver nümayəndə heyətinə ATƏT PA-nın Helsinkidə keçiriləcək qarşıdan gələn illik Sessiyası, seçki müşahidəsi planları, ATƏT PA-nın və onun Beynəlxalq Katibliyinin struktur və funksiyaları barədə məlumatlandırmışdır.

Cənab Asanov ATƏT PA əməkdaşlarına TÜRKPA-nın cari fəaliyyəti vəlayihələri haqqında qısaca məlumat verməklə ortaq Türk əməkdaşlığının əsas aspektlərinə diqqət çəkmişdir.

Tərəflər həmçinin iki Assambleya arasında əməkdaşlıq perspektivlərini müzakirə etmiş və ATƏT-in öhdəlikləri və prinsiplərinin həyata keçirilməsində subregional parlamentlərarası forumların töhfəsini xüsusi olaraq vurğulamışdır.

TÜRKPA nümayəndə heyətini Baş Katibin müavini Altınbek Mamayusupov və Hüquqi expertiza və İctimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Anar Rəhimov təmsil etmişdir.