A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Türk əməkdaşlığı qurumlarının ikinci koordinasiya toplantısı keçirilmişdir - Turk-PA.org
Sunday, 09 August 2020, 01:02:17 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk əməkdaşlığı qurumlarının ikinci koordinasiya toplantısı keçirilmişdir

26.05.2015 17:26
TÜRKPA Baş Katibi Jandos Asanov Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKPA, TÜRKSOY və Türk Akademiyasının 22 may 2015-ci ildə Astanada Türk Akademiyasının evsahibliyində keçirilən ikinci koordinasiya toplantısında iştirak etmişdir.


Toplantıda Türk Şurasının Baş katibi Ramil Həsənov, TÜRKSOY-un Baş Katibi Düsen Kaseynov, Türk Akademiyasının Prezidenti Darxan Kidirali, Türk Şurası Baş Katibinin müavini Abzal Saparbekuli, Qazaxıstan Ağsaqqallar Şurasının üzvü Adil Ahmedov və Qazaxıstan Xarici İşlər Nazirliyinin Asiya Əməkdaşlıq Departamentinin Direktor müavini Qabit Koyşibayev iştirak etmişdir.

Baş Katib Jandos Asanov iştirakçılara TÜRKPA-nın son fəaliyyətləri haqqında məlumat vermiş və Assambleya çərçivəsində cari parlamentlərarası əməkdaşlığın əsas aspektlərinə diqqət çəkmişdir.

Toplantıda Türk Şurası, TÜRKPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyət və Miras Vəqfi arasında əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsinin yolları və vasitələri, Ortaq fəaliyyət planı, dövlətlərarası münasibətlərin inkişafında Gənc Liderlərin Rolu adlı ikinci toplantının təşkil edilməsi, Diaspor mərkəzləri arasında əməkdaşlığın qurulması, Türk Akademiyası tərəfindən “Türk Dünyasının inteqrasiyasına doğru prinsiplər” adlı kitabın hazırlanmasına dair məsələlər müzakirə edilmişdir.

Növbəti koordinasiya toplantısının 2015-ci ilin noyabr ayında İstanbulda keçirilməsi qərara alınmışdır.