Bakıda Üçüncü Mədəniyyətlərarası Forum keçirildi
22.05.2015 12:10
18 may 2015-ci il tarixində Bakıda Heydər Əliyev Mərkəzində Üçüncü Mədəniyyətlarası Dialoq Forumu keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimində çıxış etmişdir.
YUNESKO-nun Baş Direktoru xanım İrina Bokova, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi cənab Iyad Bin Amin Madani, İSESKO-nun Baş Direktoru Abdualziz Othmane Altvaicri, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi cənab Nassir Abdul-Aziz Al-Nasser forumun açılış mərasimində çıxış etmişdir. Tədbirdə həmçinin TÜRKPA Baş Katibi Jandos Asanov, Azərbaycanda yerləşən diplomatik korpus nümayəndələri və Azərbaycan hökumətinin rəsmi nümayəndələri iştirak etmişdir.
Forumun gündəliyinə zorakı ekstremizmə qarşı mübarizə və plüralizmin təşviqində dini liderlərin rolu, çoxmədəniyyətlilik fenomeni, mədəniyyətlərarası dialoq üçün İpək Yollarının təşəbbüsü potensialı, müxtəlif sivilizasiyalar arasında tolerantlığın təşviqində turizm və təhsilin rolu, mədəniyyətlər və sivilizasiyalar arasında etibar və anlaşmanın yaradılmasında beynəlxalq qurumlar və hökumətlərin məsuliyyəti kimi məsələlər daxil idi.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar
11
Apr
"Qırğız Respublikasının Konstitusiyası üzrə" referendumun müşahidəsi - 11 aprel 2021-ci il, Qırğız Respublikası
15
Apr
Elektron ticarət haqqında model qanun layihəsinin müzakirəsi üzrə seminar - 15 aprel 2021-ci il, videokonfrans
15
Apr
"COVID-19 pandemiyası kontekstində qlobal çağırışlar və təhdidlər: terrorizm və zorakı ekstremizm" mövzusunda beynəlxalq konfrans - 15 aprel 2021-ci il, videokonfrans