Bakıda xarici siyasət araşdırma mərkəzlərinin birinci toplantısı keçirilmişdir
12.05.2015 12:09
8 may 2015-ci il tarixində Bakıda Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin evsahibliyində Türk Şurası rəsmi xarici siyasət araşdırma mərkəzlərinin birinci toplantısı keçirilmişdir. Toplantıda Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan müvafiq mərkəzlərin nümayəndələri, eləcə də Macarıstanın Xarici Əlaqələr və Ticarət İnstitutu rəhbərinin müavini, üzv ölkələrin və Türkmənistanın Azərbaycandakı diplomatik missiyalarının rəhbərləri iştirak etmişdir.
Toplantıda iştirak edən TÜRKPA Baş Katibi Jandos Asanov Assambleyanın cari fəaliyyətinin prioritet məsələləri barəsində danışmışdır.
Etdiyi çıxışda cənab Asanov Türkdilli ölkələrdə vahid informasiya məkanının formalaşmasında üzv ölkələr arasında bilavasitə informasiya mübadiləsinin inkişafı üçün bütün səylərin birləşdirilməsinin vacibliyini qeyd etmişdir. Baş Katib həmçinin bildirmişdir ki, xarici siyasət araşdırma mərkəzləri bu prosesdə həlledici rol oynaya bilər ki, bu da üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə cari informasiyanın zamanında mübadiləsini asanlaşdırmış olacaq.
Bakıda 2015-ci ilin iyun ayında keçiriləcək Birinci Avropa oyunları ilə bağlı fikirlərini bildirən cənab Asanov iştirakçıların diqqətini bütün Türkdilli ölkələrdə belə qlobal hadisələrin təşviq edilməsinə və bu cür tədbirlərin bütün Türk dünyasına gətirə biləcəyi yeni üstünlüklər və imkanlarla əlaqədar cəmiyyətlərin məlumatlandırılmasının vacibliyinə çəkmişdir.
Toplantı Türk Şurası üzv ölkələrinin Xarici siyasət araşdırma mərkəzləri arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə başa çatmışdır.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar