A PHP Error was encountered

Severity: Notice

Message: Undefined property: Domain\Archives::$description_meta

Filename: controllers/Archive.php

Line Number: 42

Backtrace:

File: /var/www/app/turk-pa/vendor/monolog/monolog/src/Monolog/ErrorHandler.php
Line: 164
Function: call_user_func

File: /var/www/app/turk-pa/application/controllers/Archive.php
Line: 42
Function: handleError

File: /var/www/app/turk-pa/index.php
Line: 325
Function: require_once

Joqorku Keneşin Sədri TÜRKPA nümayəndə heyətini qəbul etmişdir - Turk-PA.org
Sunday, 09 August 2020, 00:00:56 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Joqorku Keneşin Sədri TÜRKPA nümayəndə heyətini qəbul etmişdir

04.05.2015 12:43
Qırğızıstan Respublikası Joqorku Keneşinin Sədri cənab Asilbek Jeenbekov TÜRKPA Baş Katibi Jandos Asanov və Assambleyanın Beynəlxalq əlaqələr və Hüquq Komissiyasının üzvlərini qəbul etmişdir.


Görüş zamanı cənab Jeenbekov iclasın uğurlu nəticələrinə görə iştirakçıları təbrik etmiş və üzv ölkələr arasında əlaqələrin inkişaf etdirilməsində TÜRKPA-nın potensialının genişləndirilməsi üçün bütün səylərin birləşdirilməsinin vacibliyini vurğulamışdır.

Cənab Jeenbekov iclas iştirakçıları ilə əməkdaşlığa dair müxtəlif məsələlərə toxunmuş və qeyd etmişdir ki, Qırğızıstan bütün üzv ölkələrlə qarşılıqlı etimada əsaslanan əlaqələrin inkişaf etdirilməsinə böyük önəm verir. Eyni zamanda cənab Jeenbekov tərəfindən Assambleyanın fəaliyyətləri Türkdilli ölkələr arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinin bir hissəsi olaraq qiymətləndirilmişdir.

Görüşdə cənab Jeenbekov TÜRKPA müşahidəçi missiyasını payız aylarında Qırğızıstanda keçiriləcək parlament seçkilərinə dəvət etmişdir.